Ölkə futbolu
AFFA-dan anlaşılmaz strategiya seçimi
Milli komandamızın UEFA Millətlər Liqasındakı ardıcıl dördüncü məğlubiyyətindən sonra Azərbaycan futbolunun problemləri yenidən gündəmi zəbt edib. AFFA rəhbərliyi son uğursuzluqlardan yayınmaq üçün müxtəlif bəhanələr gətirir. Bunlardan biri də inkişaf strategiyası ilə bağlıdır. AFFA-da rəhbər dəyişikliyindən yarım ildən çox vaxt keçsə də, hələ də ortaya konkret strategiya qoyulmayıb.
Bu günlərdə İTV-də qonaq olan assosiasiyanın baş katibi və icraçı vitse-prezidenti Sərxan Hacıyev bildirdi ki, dünya praktikasında hər hansı bir strategiya 6-8 ay ərzində hazırlanır. Görünür, Sərxan bəy bilmir ki, normalda hər hansı bir sahəni nəzarətə götürməmişdən öncə strategiya planı əvvəldən hazırlanır və işə başladıqda da yerinə yetirilməyə çalışılır. Təsəvvür edin, X şəxs millət vəkilliyinə namizəddir, seçiciləri qarşısında çıxış edərkən deyir ki, siz mənə səs verin, deputat olum, sonra biryerdə gələcək inkişafımızla bağlı strategiya hazırlayarıq. Siz bunu təsəvvür edə bilirsiniz, Sərxan bəy? Biz yox...
Odur ki, AFFA-nın indiki rəhbərliyinin inkişaf strategiyası daha əvvəldən hazır olmalı idi. Daha Sərxan Hacıyevin dediyi kimi, bunun üçün 6-8 ay vaxta ehtiyac duyulmamalı idi. Məsələnin bu tərəfini qoyuruq bir kənara. Toxunmaq istədiyimiz məqam başqadır.
AFFA-nın saytına diqqət yetirdikdə görmək olar ki, Sərxan bəyin dilindən düşməyən inkişaf strategiyası hələ 2021-ci ildə hazırlanıb. FİFA və UEFA ilə birgə hazırlanan, 2021-2025-ci illəri əhatə edən həmin strategiya ilə elə assosiasiyanın saytından tanış olmaq mümkündür.
32 səhifəlik strategiya 4 əsas istiqamətdən ibarətdir: “Kütləvi futbol və gənclərin inkişafı”, “futbol infrastrukturu”, “klub futbolu və regionlar”, “rəqəmsal ekosistem”.
https://www.affa.az/files/21022/1051/52/2/16_0/Strategiya-2021-2025.pdf
Həmin inkişaf strategiyası qəbul olunarkən Sərxan Hacıyev AFFA-nın baş katibi, Elşad Nəsirov, Fərid Mansurov və Könül Mehdiyeva bu gün olduğu kimi İcraiyyə Komitəsinin üzvləri idi.
Zənnimiz bizi aldatmırsa, 2021-ci ildə həmin strategiyanı da hazırlayan indi AFFA-nın yeni strategiya üzərində çalışdığı Belçikanın “Double pass” şirkəti idi. Üstəlik, həmin strategiya havayı hazırlayıb. Bu, dəqiqdir. Daha doğrusu, Belçika şirkətinin xərcləri FİFA və UEFA tərəfindən qarşılanıb. Bu halda ortaya bir neçə sual çıxır:
Birincisi, faktiki olaraq 2025-ci ilə qədər nəzərdə tutulan inkişaf strategiyası varsa, yenisinə nə ehtiyac?
İkincisi, əvvəlki strategiyadan imtina olunubsa, niyə o, hələ də AFFA-nın saytında yer alır?
Üçüncüsü, əvvəlki strategiya bəyənilmirsə, yenisinə ehtiyac duyulursa, bu halda niyə əvvəlki strategiyanı hazırlayan “Double pass” şirkəti ilə yenidən əməkdaşlıq edilir?
Dördüncüsü, FİFA və UEFA-nın maliyyələşdirdiyi layihəyə AFFA niyə indi ödəniş etməlidir?..
Bu sualları çox uzatmaq olar. Amma təəssüf ki, efirdə iddia edilənin əksinə olaraq Sərxan Hacıyev yazılı media önünə çıxmır ki, suallarımızı ünvanlayaq...
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- “Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib
- İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar
- “Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
- Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
- "Naxçıvan"dan yeni transfer
- "Araz-Naxçıvan" təxirə salınmış matçda qalib gəlib
- Elvin Bədəlov: “Qanundur, sən vurmursansa, sənə qol vuracaqlar”
- “Sumqayıt”ın yaponiyalısı: “Qutabı çox sevirəm”
-
18:57
Kaxaber Sxadadzedən qələbə şərhi
-
18:38
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Uşaqlara dedim ki, üzülməyin”
-
18:02
“Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
-
17:21
"Araz-Naxçıvan" "Qəbələ"yə məğlub oldu
-
16:46
Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının açılışı olub
-
16:13
"Qarabağ" "Park Bulvar"da robot və əyləncə şousu təşkil edəcək
-
15:55
"Neftçi"nin Misir klubu ilə heç-heçəsi VİDEO
-
15:39
Azərbaycan Voleybol Federasiyası seleksiya prosesinə yenidən start verib
-
15:24
AFFA bu komandanı çempionatdan kənarlaşdırdı
-
15:00
Etirazlarda “Traktor”un keçmiş futbolçusu ilə xanımı da öldürülüb
-
14:42
AFFA-nı təhqir edən klub prezidentinə 10 oyunluq cəza verildi
-
14:18
İbrahimoviçin oğlu “Ayaks”da
-
13:56
"Qarabağ" Antalyada bir gündə iki oyun keçirəcək
-
13:31
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
13:17
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb
-
12:53
Kanoe və Avarçəkmə Federasiyasının hesabat xarakterli iclası keçirilib FOTOLENT
-
12:04
Futzal millimizin toplanışı olacaq
-
11:49
"Roma" kubokla vidalaşdı VİDEO
-
11:32
Azərbaycanda qış transfer pəncərəsi açıldı
-
11:16
"Mançester Siti" finala yaxınlaşdı VİDEO
-
10:58
Keyta: “Dodo mənə “Qəbələ” haqqında çox danışıb”
-
10:41
"Atletiko" mərhələ adladı VİDEO
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Qalatasaray" kubok oyununda qələbə qazandı VİDEO
-
23:34
Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
-
20:00
"Neftçi" bu dəfə heç-heçə etdi
-
18:51
"Neftçi" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib
-
17:43
"Kəpəz" gürcüstanlı futbolçu ilə gücləndi
-
17:26
Atletika üzrə Bakı çempionatı keçiriləcək
-
16:52
Azərbaycanlı hakimlərin Antalya toplanışı başlayıb
-
16:39
Ayxan Abbasov Renat Dadaşovla görüşüb
-
16:15
Azərbaycanlı futbolçu “Torpedo” ilə müqavilə imzaladı
-
15:04
"Karvan-Yevlax" heyətini yeni futbolçu ilə gücləndirdi
-
14:48
Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
-
14:21
"Səbail" qış fasiləsində ilk transferini reallaşdırdı
-
13:37
"Karvan-Yevlax" iki məşqçisi ilə yollarını ayırıb
-
13:16
Marko Yankoviç: “Bu, “Qarabağ” üçün son yox, yaxşı şansdır”
-
12:53
Sxadadze: “Transfer işlərində səhvə yol vermək olmaz”
-
12:12
Millimizin yeni baş məşqçisi: “Bütün diqqətimizi Olimpiya qızılına yönəltmişik”
-
11:49
"Liverpul" 4 qolla mərhələ adladı VİDEO
-
11:25
Millimizin Danimarka ilə oyunlarının başlama saatı məlum oldu
-
11:08
"Yuventus"dan darmadağın VİDEO
-
10:31
PSJ Fransa kuboku ilə vidalaşdı VİDEO
-
10:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:00
"Zirə"nin oyununda 6 qol VİDEO
-
22:38
Qurban Qurbanov: “Futbolçular istəklidirlər, özlərinə gəliblər”
-
21:23
Saşa İliç: “Fərdi səhvlər komandaya baha başa gəlir”
-
20:09
“Ayın qolu”nun müəllifi: “Bilmirəm Premyer Liqada oynamağıma nə mane olur...”
-
19:54
"Qarabağ" 5 qollu qələbə qazandı
-
18:47
"Zirə" qələbəni əldən verdi
14.01.2026
13.01.2026
12.01.2026























