26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Varea bu dəfə dubl etdi

 

"Rəvan” Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində qarşılaşacağı "Sumqayıt”la matçın hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məluimatına görə, gündə 1 dəfə məşq edən komanda ənənəvi olaraq hazırlığı "Bayıl Arena”da keçir.
Dünən saat 16:00-da başlayan növbəti məşq müəyyən mənada o birilərindən seçilib. Çünki isinmə hərəkətlərindən sonra baş məşqçi Ramil Əliyev yetirmələrini ikitərəfli oyunda sınayıb. Şərti olaraq "yaşıllar” və "qırmızılar”a bölünən futbolçuların yaratdığı komandaların balanslı olması üçün əsas heyət futbolçuları demək olar, yarıya bölünüb. Başqa sözlə, hər iki komandada əsas futbolçularla yanaşı, daha az oynamaq şansı qazananlar da yer alıb. Maraqlı və şən ab-havada keçən oyunda "yaşıllar” 4:3 hesabı ilə qələbə qazanıb. Qalib tərəfdə Xuan Manuel Varea dubl edibsə, Miloş Adamoviçlə Ramazan Abbasov hərəyə 1 qol vurub. "Qırmızılar”da isə Mindauqas Kalonas, Tofiq Mikayılov və Vüsal Qarayev fərqlənib.
 
Məşqdə və ikitərəfli oyunda əlindən zədəli olan Murad Qənbərov istisna olmaqla, bütün futbolçular iştirak edib. Həftənin əvvəlində ayağından zədə alan Orxan Lalayev də fərdi məşqlərdən sonra komandaya qoşulub. O hətta ikitərəfli oyunun ən fəallarından biri olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30