Ölkə futbolu
Ruan Renato: “Osiyek”lə oyunların hər dəqiqəsi bizim üçün vacibdir”
“Zirə”nin müdafiəçisi Ruan Renatonun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasına “Səbail” üzərində 4:1 hesablı qələbə ilə start verdiniz. Yəqin ki, bundan uğurlu başlanğıc ola bilməzdi...
- Bəli, oyuna çox gözəl başladıq. Yaratdığımız qol fürsətlərindən yaxşı istifadə etdik, 3 qol vurduq. İlk hissədə demək olar ki, hər şey alınırdı. Lakin fasilədən sonra intensivliyimiz bir qədər düşdü. Bununla belə, qələbə qazandıq və bu nəticədən məmnunam.
- Qeyd etdiniz ki, ikinci hissədə intensivliyiniz düşdü. Bu, nə ilə əlaqədar idi: 3:0-ın verdiyi arxayınçılıq idi, yoxsa yorğunluq sözünü dedi?
- “Səbail”in haqqını yeməyək, onlar fasilədən sonra geridönüş etdilər. Qol fürsətləri yaratmağa müvəffəq oldular. Hesab arasındakı fərqi azaltdılar da. Biz isə sona yaxın daha bir qol vurub matçın taleyini həll etdik.
- Ötənmövsümkü “Səbail”lə indiki arasında fərq böyükdür?
- Bilirəm ki, bu “Səbail” yeni formalaşmış komandadır. Gedənlər, eləcə də gələnlər var. Bu da onlar üçün effektiv olacaq. Hiss olunur ki, komandada yaxşı futbolçular cəmləşib. Düşünürəm ki, qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəklər.
- “Zirə”ni “Səbail”lə matçda meydana kapitan kimi çıxardınız. Bu, ilk dəfə idi, yoxsa daha əvvəl olmuşdu?
- Ötən mövsüm də bir dəfə komandanı kapitan kimi meydana çıxarmışdım. Həmin vaxt da Qismət meydana çıxmadığı üçün sarğı mənə tapşırılmışdı.
- Qarşıdan UEFA Konfrans Liqasının III təsnifat mərhələsi gəlir. “Osiyek”lə səfər matçından gözləntiləriniz nədir?
- Pozitivəm. Bəli, səfərdə işimiz çox çətin olacaq. Amma hər şey rəqib meydanında bitmir. Buna görə də “Osiyek”lə oyunların hər dəqiqəsi bizim üçün vacibdir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.
- Şansları necə dəyərləndirirsiniz?
- Oyundan öncə şanslar həmişə bərabərdir, 50-nin 50-yə.
- Həm UEFA Konfrans Liqası, həm də Azərbaycan Premyer Liqası – iki cəhbədə mübarizə aparmaq nə dərəcədə çətin olacaq?
- Təbii ki, üç gündən bir meydana çıxmaq asan deyil. Xüsusən də səfər matçları zamanı yolda da vaxt itirirsən. Amma nəyisə dəyişmək mümkün deyil. Bütün gücümüzü toparlayıb hər matçda maksimum mübarizə aparmalıyıq.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- “Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
- “Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
- Aərbaycan kubokunun püşkü atılıb
- Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
- "Qarabağ" yeni transfer edir
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Addai: “Sabah”la oyunlarda nəyə qadir olduğumuzu göstərəcəyik”
- Azərbaycan futbolunda yenilik
- Təxirə salmalımı, salmamalımı?!.
- “Sumqayıt” - “Zirə” oyunun biletləri satışda
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
-
19:04
Şamaxıda dramatik sonluq, Qəbələdə bərabərlik
-
17:39
Emin Mahmudov: "Hakimlər istəmədilər qələbə qazanaq"
-
17:02
Ayxan Abbasov: “Etikanı harda pozmuşam?”
-
16:45
Vernidub: “Sanki "Neftçi"nin yüksəlməsini istəmirlər”
-
14:38
Azərbaycan cüdoçusu “Böyük Dəbilqə”nin finalında
-
13:57
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
12:29
Qəbələ şəhər stadionu qardan təmizlənir
-
11:00
Rüfət Abdullazadə: “Turnir cədvəlinə indi yox, mayda baxacağıq”
-
10:46
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:14
"Başakşehir" "Konyaspor"a şans tanımadı VİDEO
-
09:52
Cəlal Hüseynov oynadı, komandası qalib gəldi
-
09:35
"trabzonspor"un qələbəsi VİDEO
-
23:14
Avarçəkmə və kanoe üzrə Azərbaycan birinciliyi keçirilib
-
22:52
Rəşad Nəbiyevdən cüdoçulara təbrik
-
22:29
"Zirə"nin qələbəsi VİDEO
-
21:48
Millimizin rəqibləri müəyyənləşdi
-
21:03
"Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi"
-
20:36
Rəşad Sadıqov: "Vacib qələbə qazandıq"
-
20:17
"Qarabağ"dan Kamilo Duranla bağlı açıqlama
-
19:55
"Zirə" və "Kəpəz"dən qələbə
-
19:41
Boksçumuz erməniyə qalib gəldi
-
19:34
"Kəpəz" - "Sumqayıt" oyununda 3 qol VİDEO
-
19:00
Azər Bağırov: “Bu qələbəni onlara həsr edirik”
-
18:22
Premyer Liqa klubunda yeni müqavilə
-
18:15
Saşa İliç: "Belə bəsit qollar buraxdığımıza inana bilmirəm"
-
18:09
Azərbaycan millisinin 4 üzvü Türkiyə Superliqasında çıxış edəcək
-
17:46
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər müəyyənləşdi
-
17:33
Konfrans Liqasında 1/8 finalın püşkü atıldı
-
16:51
Əhməd Yusifov ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi oldu
-
16:18
Avropa Liqasında 1/8 final cütlükləri müəyyənləşdi
-
15:47
"Neftçi" "Şamaxı" ilə oyuna hazırdır FOTOLENT
-
15:20
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı
-
14:35
"Neftçi" ukraynalı məşqçisi ilə vidalaşdı
-
14:12
"Kəpəz" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:53
“Berdiyev illərdir fərqli komandalarla nəticə qazanmağı bacarır”
-
13:29
Azərbaycan klublarının avrokuboklarda qol rekordu təkrarlanıb
-
13:01
Azərbaycan klubuna lazım olmayan müdafiəçi "Valensiya"ya transfer olundu
-
12:48
Azərbaycan klublarının ÇL-də yeni bombardiri
-
12:30
“Araz-Naxçıvan”la heç bir problemim yoxdur, ödənişlər vaxtında edilir”
-
12:15
Boksçumuz 1/4 finala yüksəldi
-
11:52
"Samsunspor" darmadağınla mərhələ adladı VİDEO
-
11:29
Futbolumuzun fərsiz övladı
-
11:07
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
Azərbaycan UEFA reytinqində 3 ölkəni qabaqladı
-
10:13
"Fənərbaxça" səfərdə qələbə qazansa da, mərhələ adlamadı VİDEO
-
09:54
Cəbrayıl Hacıyev bürünc medal qazandı
-
09:31
"Traktor" liderliyə yüksəldi
-
18:59
Cəfərovun 50-ci, Seyidovun 30-cu qolu
-
17:32
Cüdoçularımızın rəqibləri müəyyənləşdi
-
17:00
Bunu da gördük: “İmişli” meydana başqa komandanın forması ilə çıxdı
28.02.2026
27.02.2026
26.02.2026
Arxiv
| Mart 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |























