11 Mart 2026, Çərşənbə
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

“Araz-Naxçıvan” braziliyalı yarımmüdafiəçi transfer etdi

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini də komplektləşdirməyə çalışır.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda bu dəfə braziliyalı mərkəz yarımmüdafiəçisi Karlos Jatoba ilə anlaşıb. 29 yaşı sentyabrda tamam olacaq futbolçu tibbi müayinədən keçib və mövsümün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün tər tökəcək. Onun sonuncu klubu Rumıniya “Politexnika Lasi”si olub. İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “Sao Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” Jatobaya qədər Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço, Küzmanoviçlə müqaviləni yeniləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31