9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

"Simurq"dan asan qələbə

Milli komandamızın beynəlxalq yoldaşlıq görüşləri ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Simurq", hazırlıqlarını doğma arenada davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, növbəti turda "Sumqayıt"ın qonağı olacaq "Simurq" dünən əvəzedici heyətlə ikitərəfli oyun keçirib və görüşdən 3:0 hesabı ilə qalib ayrılıb. Stadionda görülən işlərə baxmaq üçün Zaqatalaya təşrif buyuran klub prezidenti Anar Bəkirovda əsas və əvəzedici heyətlər arasındakı qarşılaşmanı izləyib. Həmçinin icraçı direktor Vaqif Əliyev də oyuna tamaşa edib. İstirahətdən sonra gündə yetimələrinə iki məşq keçən məşqçilər korpusu, bu gündən hazırlıqları bir məşqə keçirməyi planlaşdırır. Hazırda heyətdə zədəli və cəzalı futbolçuların olmaması, onları "Sumqayıt"la oyunöncəsi sevindirən amillərdəndir.

Qeyd edək ki. "Sumqayıt" - "Simurq" oyunu noyabrın 22-də, saat 17:00-da start götürəcək. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

 


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31