16 Noyabr 2025, Bazar günü
Azərbaycan millisində növbəti itki
Mbappe Bakıya gəlməyəcək
Arnar Qunnlauqssondan qələbə şərhi
Millimiz İslandiyaya məğlub oldu

Ölkə futbolu

"Səbail" və "Zirə"dən yubiley qələbəsi

"Zirə" və "Səbail" komandaları Azərbaycan çempionatları tarixində yubiley qələbələrini qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, bu, Premyer Liqanın XXXI turuna təsadüf edib.

"Araz-Naxçıvan"ı 2:0 hesabı ilə üstələyən "Səbail" 50-ci, "Neftçi"yə (3:1) qalib gələn "Zirə" 100-cü qələbəsini rəsmiləşdirib.

“Səbail” 50 qələbədən 29-nu evdə, 21-ni səfərdə qazanıb. Bakı təmsilçisi Azərbaycan çempionatları tarixində ən azı 50 dəfə qalib gələn 25-ci komandadır. “Dənizçilər” ilk qalibiyyətini 2017/2018 mövsümündə əldə edib. 2017-ci il avqustun 19-da “Neftçi”ni qəbul edən debütant 1:0 hesabı ilə qələbə qazanıb.

Premyer Liqada 2015-ci ildə debüt edən "Zirə" 100-cü qələbəsini 263-cü görüşündə əldə edib. Zirəlilər 59 dəfə evdə, 41 dəfə səfərdə üç xala seviniblər. Qəsəbə təmsilçisi ölkə çempionatları tarixinə 100 və daha çox qələbə qazanan 13-cü komanda kimi düşüb. Paytaxt klubunun ilk zəfəri 2015-ci il avqustun 9-da AZAL-la ev matçına təsadüf edib - 1:0 (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30