Ölkə futbolu
Bəhlul Mustafazadə: “Bəzən belə oyunlar komandaya əlavə güc verir”
“Çoxsaylı şanslarımız oldu. Düşünürəm ki, yaxaladığımız epizodları daha tez qola çevirməliydik. Lakin yalnız sonda fərqlənə bildik. İstənilən halda qələbə qazanmaq xoşdur. Bizim üçün yaxşı sınaq oldu. Bəzən belə oyunlar komandaya əlavə güc verir”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın üzvü Bəhlul Mustafazadə “FIFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.
O, qalibiyyətin çətinliklə əldə olunmasının səbəbini belə izah edib: “Yaxaladığımız epizodları daha yaxşı dəyərləndirməliydik. Bu halda daha çox qol vura bilərdik. Lakin bəzən alınır, bəzən isə alınmır. Bu gün də rəqib müdafiəsini çox gec yara bildik”.
Millimizin qələbə qolunun müəllifi olan futbolçu məşqlərdə standart vəziyyətlər üzərində çalışdığını bildirib: “Çalışıram ki, daha çox qol vurum. Komandama tək müdafiədə deyil, standart vəziyyətlər zamanı irəlidə də kömək edim. Məşqlərdə bunun üzərində işləyirəm. Bəzən mən, bəzən başqası qol vurur. Bu, futboldur. Kimin fərqlənməsi elə də vacib deyil. Əsas odur ki, qələbə qazandıq”.
27 yaşlı müdafiəçi növbəti matçda da qalib gəlməyə çalışacaqlarını vurğulayıb: “Bolqarıstanla görüşdə də meydana yalnız qələbə üçün çıxacağıq. Həm də çalışacağıq ki, yaxşı oyun göstərək. Bugünkü qələbənin ardını gətirmək istəyirik”.
B.Mustafazadə hazırda milliyə rəhbərlik edən Arif Əsədovdan da söz açıb: “Arif müəllim tanıdığımız, daha əvvəl birgə işlədiyimiz məşqçidir. Biz onun, o da bizim iş prinsipimizə bələddir”.
“Sizcə, millinin yeni baş məşqçisi yerli, yoxsa əcnəbi olmalıdır?” sualını Mustafazadə belə cavablandırıb: “Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Baş məşqçi kim olsa, biz futbolçular eyni qaydada çalışmağa davam edəcəyik”.
Fərəc ASLANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
21:17
Millimiz Sloveniyaya yollanıb
-
20:51
"Cəbrayıl" ikinci oldu, “Dinamo”dan darmadağın
-
20:38
Hidayət Heydərov dünya çempionu oldu
-
19:44
Azərbaycan güləşçiləri Avropa çempionatında finala vəsiqə qazanıblar
-
19:23
Əvəzedicilər Liqasında “Neftçi” çempion oldu
-
18:06
Azərbaycan liqalarında pley-off oyunlarının vaxtı açıqlandı
-
17:00
İvan Brkiç: “Azarkeşlərimizə avrokubok sevinci bəxş etməliyik”
-
16:45
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin ümumrespublika seminarı keçirilib
-
16:19
Azərbaycan Gimnastika Federasiyasının idman direktoru beynəlxalq seminara dəvət alıb
-
15:51
Millimiz Tiraspolda turnirdə iştirak edəcək
-
15:38
Azərbaycan gimnastları Dünya Kubokunda 2 medal qazanıblar
-
14:27
Azərbaycanda ilk dəfə keçiriləcək Peşəkar Çövkən Liqasının püşkü atılıb
-
14:10
Azərbaycanın kata üzrə komandalarının yeni baş məşqçisi müəyyənləşib
-
13:44
Dünya çempionumuz: "Növbəti hədəfim “Paris-2024”də yaxşı çıxış etməkdir"
-
13:32
Mövsümün bəxtsizi - “Səbail”
-
13:06
Azərbaycan paraatleti ilk dəfə dünya çempionu olub
-
12:53
Həndbol millimiz yarımfinalda məğlub uduzub
-
12:41
Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar
-
12:29
İranda idman tədbirləri ləğv edildi
-
12:18
AFFA Region Liqasında bürünc mükafatçı müəyyənləşib
-
11:55
"Qarabağ"dan son 27 ilin rekordu
-
11:37
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib
-
11:24
PSJ mövsümü qələbə ilə başa vurdu VİDEO
-
11:12
Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
-
10:56
Lukaku "Roma"ya qələbə qazandırdı VİDEO
-
10:43
"Neftçi"dən 50-ci böyükhesablı səfər qələbəsi
-
10:31
"Barselona" 3 xalı 3 qolla qazandı VİDEO
-
10:19
"Mövsümün ən pis oyununu sərgilədik"
-
10:08
"Vilyarreal" - "Real" matçında 8 qol VİDEO
-
10:00
Qaş düzəldən yerdə vurub göz çıxarmaq
-
09:45
"İnter" - "Latsio" matçında qalib aşkarlanmadı VİDEO
-
09:27
Bakıda güləş üzrə Avropa çempionatı başlayır
-
09:14
"Fənərbaxça" derbini 10 nəfərlə qazandı VİDEO
-
09:02
Azərbaycanlı jurnalistlər Avropa Media Kubokunun qalibi oldular
-
19:28
“Qarabağ”ın qapıçısı: “Oyunumdan necə razı qala bilərəm?”
-
18:42
Kaxaber Sxadadze: “Bu gün 6 qol vura bilərdik”
-
18:09
"Ən zəif oyunlarımızdan biri idi"
-
17:53
"Qəbələ"dən ardıcıl 3-cü qələbə
-
17:16
Asif Məmmədova 250 nömrəli forma təqdim olundu
-
13:37
İlkin Qəribli: “Birbaşa Bakı"nın məqsədi qarşıdakı 5 ildə 2 dəfə ÇL-i qazanmaqdır”
-
12:20
Voleybol məşqçiləri üçün seminar keçirilib
-
11:49
"Atalanta"dan səfər qələbəsi VİDEO
-
11:26
"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib
-
11:18
"Bavariya" son oyununda uduzdu VİDEO
-
11:05
Azərbaycan bədii gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər
-
10:56
"Bayer" mövsümü məğlubiyyətsiz başa vurdu VİDEO
-
10:41
Azərbaycan Basketbol Liqası: "NTD-İndiqo" bürünc medal qazanıb
-
10:29
"Milan" "Torino"ya uduzdu VİDEO
-
10:14
Azərbaycan cüdoçularından Avropa kubokunda 2 medal
-
10:00
Ata Caber: “Neftçi”də çıxış etmək mənə xoşdur, amma...”