9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

“Səbail”in müdafiəçisinin 200-cü oyunu

"Səbail" klubunun futbolçusu Adil Nağıyev Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumat görə, müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.
 
29 yaşlı futbolçu “Sabah”la ev görüşündə (2:0) sonradan meydana çıxıb.
 
Premyer Liqada debütü 2015/2016 mövsümünə təsadüf edən A.Nağıyev həmin vaxt “Zirə”də forma geyinib. O, qəsəbə klubunda 83, “Sumqayıt”da 12, “Şamaxı”da 17, “Səbail”də 88 dəfə şans qazanıb. 200 oyunda 5 qolu olan müdafiəçi “Zirə”də 3, “Səbail”də 2 dəfə fərqlənib.
 
Qeyd edək ki, Adil Nağıyev ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31