Ölkə futbolu
Şahin Diniyev: “Hazırlığımız 90 yox, 180 dəqiqəyə də çatar”
“Maraqlı, dinamik, gərgin oyun oldu. Son dəqiqəyə qədər həm siz, həm biz, həm futbol adamları maraqla izlədi. İki komanda da qələbə qazan bilərdi. Geridəki turlara baxanda komandada irəliləyiş olduğunu deyə bilərik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 23-cü turunda "Araz-Naxçıvan"la oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.
"İkinci hissə daha yaxşı oynadıq. Fasiləyə qədər bir xal qazandıq, fasilədən sonra iki xal itirdik. Fərdi səhvlər məni məyus edir. Sevindirən isə futbolçuların meydanda bir komanda şəklində olması idi. Düşünürəm ki, düzgün yoldayıq, sabit heyəti tapa bilsək, yaxşı nəticələr qazanacağıq. İrəli baxmalıyıq, növbəti oyuna hazırlaşacağıq", - deyə o bildirib.
Mütəxəssis əksər oyunlarda "Səbail"in ikinci hissədə daha yaxşı performans göstərməsinin səbəbi ilə bağlı söyləyib: "İki məqam var: funksional hazırlıq və psixoloji hazırlıq. Funksional hazırlığımız 90 yox, 180 dəqiqəyə də çatar. Sadəcə komandanın bir müddət uğursuzluğa məruz qalması uşaqlarda psixoloji problem yaradır, onlarda uduzmaq qorxusu olur. Düşünürəm ki, qələbələr artdıqca bu da arxaya keçəcək".
Onun sözlərinə görə, komanda keçmişə qayıdanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparanlardan idi: "Artıq ortabab komandaya çevrilmişik. Mərhələ-mərhələ adlamalıyıq. Çempion olmaq, avrokuboklara getmək üçün uzun yol qət etmək lazımdır. 6 aydan bir çatışmazlıqları doldurmalıyıq. "Səbail" artıq qapazaltı komanda deyil. Düzdür, yerli oyunçu seçimlərimiz düzgün olmadı. Kimsə düşünür ki, bizim büdcəmiz çoxdur, düz deyil. Sponsordan şikayətlənmirik, istəmirik ki, hər şey anidən olsun. Bir mərhələni başlatmalıyıq. Yerli oyunçularda keyfiyyət çatışmazlığı var, reallıqdır. Amma onlar da bacardıqlarını edirlər. Azərbaycan futbolunu düşünməliyik. Yerli oyunçunun olması vacibdir. Bugünkü vəziyyət nə qədər çətin olsa da, ölkə futbolunu düşünməliyik. Yerli oyunçunu nəyəsə səbəb gətirmək düzgün olmazdı. Bu, düzgün deyil. Uşaqların keyfiyyətini daha da yaxşılaşdırmalıyıq".
O, "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırovun 2 xal itirdikləri barədə söylədiyi fikrə belə münasibət bildirib: "Bütün həmkarlarıma hörmət edirəm. Məşqçilər oyundan sonra emosiyalara qapılıb hansısa sözü deyə bilər. Amma hər şey görünür. Məşqçini başa düşürəm. Bəlkə də "Neftçi"ni udduqdan sonra 3 xal qazanmaq istəyirdilər. İkinci hissədə meydanda bir komanda var idi, o da "Səbail" idi.
Səmimiyyətimə inanın, bizim komandada olan uşaqlar intellektual, səviyyəlidir. Futbolçulara nəsə deyirəm, anlayıram. Məşqçilik karyeramda ilk dəfə futbolçulardan üzr istədim. İlk hissədən sontra onlara qarşı sərt təpki göstərdiyim üçün... Emosiyalı idim, nə üçün? Uşaqların potensiallarını bilirəm, daha yaxşı oynaya bilərlər. Onlar balansdan çıxırdılar. Uşaqlara fasilədə dedim ki, uduza bilərsiniz, amma futbol oynayın”.
Ş.Diniyev deyib ki, bu mövsüm yaxşı yerləri tutsalar, layihələri var: "Bir layihə də mən tərəfdən gələcək. Bizim ikinci komandamız olmalıdır. Əvəzedici heyətlə əsas komandanın arasında böyük uçurum var. Əlavə komanda lazımdır. Adı "Səbail" olmaya da bilər. Sponsordan bunu istəyəcəm. Bütün dünyada bu var. 21 yaşlı futbolçunu oynada bilmirəm. 1-2 ildən sonra o, gənc olmayacaq. Hardasa bişməlidir. Bu gün "Neftçi"nin əvəzedici komandasından kimsə gəlib əsas komandada oynamayacaq. Çox çətindir.
Bu gün bizdə akademiyada olan şərait heç komandada yoxdur. Ancaq bir meydançada 17, 18 komanda inkişaf edə bilməyəcək. Böyük iclasımız oldu, sponsorların bu haqda planı var. "ASCO Arena"nın ot örtüyü dəyişəcək, təbii olacaq. Bu əraziyə yaxın iki təbii örtüklü meydança istəyirik. Eyni zamanda Əhmədli tərəfdə yerimiz var, akademiyamız ora köçürüləcək. Bəli, planlarımız var, bunlar alınsa, klub yaranacaq. Bir meydançadan klub olmur. "Turan Tovuz"la biz süni örtüklü meydançada oynayırıq, bu da zədələrə səbəb olur".
O, bunları reallaşdırmağın alınıb-alınmayacağı ilə bağlı söyləyib: "Bəli, planlar var. İşlərə start veriləcək. Ancaq hər şey nəticə ilə bağlıdır. Nəticə olmazsa, alınmayacaq. "6-lıq"da olsaq, yaxşı olar.
Sponsorlarımız mərhəmətlidir. Demirlər ki, dərhal yuxarı yerləri tut. Qarşımızda olan ilk hədəf "6-lıq"da olmaqdır. Bu mövsüm ortabab komandayıq, gələn il isə avrokuboklar üçün oynaya bilərik".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?
- Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”
- Yuri Vernidubdan qələbə şərhi
- "Qarabağ" və "Neftçi"dən qələbə
- Edvin Kuç: “Kəpəz”i udaq, “Qarabağ”ı sonra düşünərik”
- “Kəpəz”ə də qalib gəlsək, “Neftçi” avrokuboklar uğrunda mübarizəyə qoşulacaq”
- "Araz-Naxçıvan" braziliyalını transfer etdi
- Koxalskidən gözlənilməz qərar: "Qarabağ"dan getmək istədi
- İmad Faraj: “Oyunun tarixinin fərqi yoxdur, “Qarabağ”a qalib gəlmək istəyirik”
- İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
- Qurban Qurbanov: “Bu gün xarakter önəmli idi”
- Berdıyev 4 oyunluq cəzalandı
-
19:08
Azərbaycan parapauerliftinqçilərindən 12 medal
-
18:21
"Turan Tovuz" “Azərsun Arena”dan da Sumqayıta “köçdü”
-
17:57
“Qarabağ”ın hücumçusu Kolumbiya millisinə dəvət aldı
-
17:36
Millimizdə portuqaliyalı baş məşqçi
-
17:14
“Sumqayıt”ın legioneri “Talant qrupu”nun dərslərində iştirak edib FOTOLENT
-
16:49
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
-
16:23
AFFA I Liqa klubunu 6510 manat cərimələdi
-
15:32
I Liqada hakim təyinatları açıqlandı
-
14:55
Azərbaycan Premyer Liqasında mövsümün ən böyükhesablı qələbəsi
-
14:18
Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək
-
14:00
Ehtiram Quliyev: “Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik”
-
13:41
Tanınmış güləşçilər Xırdalanda şagirdlərlə görüş keçirib
-
13:27
Zöhrab Gözəlbəyli yeni təyinat alıb
-
12:56
“Sumqayıt”ın dərdi nədir? - QEYD
-
12:39
"Turan Tovuz"un qapıçısından əla göstərici
-
12:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:00
İmad Faraj: “İlk hissədə qol vursaydıq...”
-
11:48
Leandro Andrade 70-ci oldu
-
11:25
"Araz-Naxçıvan"ın 20-ci böyükhesablı məğlubiyyəti
-
11:04
"Turan Tovuz" üçün əlamətdar qələbə
-
10:51
Zamiq oynadı, komandası qalib gəldi
-
10:32
Qazaxıstan klubunun baş məşqçisi təcrübə keçmək üçün Qurban Qurbanovun yanına gəldi
-
10:17
“Trabzonspor” 3 xalı 3 qolla qazandı VİDEO
-
10:00
“Berdıyev qısa danışsa da, hər zaman qələbə üçün lazım olan sözləri tapır”
-
09:46
"Latsio" sonda sevindi VİDEO
-
23:51
Klub rəsmisindən AFFA-ya cavab: “Bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz”
-
23:22
"Turan Tovuz" 3 xalı tək qolla qazandı VİDEO
-
23:16
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
-
22:49
Kurban Berdıyevdən qələbə şərhi
-
22:35
Berdıyev Vernidubun məğlubiyyətsiz oyunlar seriyasına son qoydu
-
22:27
"Zirə" xal itirdi, "Neftçi" "Turan Tovuz"a uduzdu
-
22:00
"Zirə" vacib 2 xal itirdi VİDEO
-
21:14
Azər Bağırov: “Biz iki xal itirdik”
-
20:53
Sadıqov: “...maraqlı deyil”
-
20:38
“Neftçi” azarkeşlərin hakimlərə atmaca: “Sizə nə VAR?!”
-
19:26
“Neftçi” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
18:45
Mourinyo: “Onlar məni 50 dəfə xain adlandırdılar”
-
18:07
Millimizin üzvü Yunanıstan Kubokunun qalibi oldu
-
17:52
"Zirə" - "Kəpəz": Heyətlər açıqlandı
-
17:39
Qvardiolaya iki oyunluq cəza
-
17:11
"Media" komandası "Dirçəliş Kuboku"nda növbəti mərhələyə yüksəlib
-
17:00
Ozobiç: “Neftçi” böyük klubdur”
-
16:24
Braziliyada final matçında kütləvi dava - 23 futbolçu qırmızı vərəqə aldı VİDEO
-
15:58
UEFA-dan “Qalatasaray” azarkeşlərinə qadağa
-
15:36
Nəriman Axundzadə artıq ABŞ-dadır
-
15:15
“Sumqayıt”ın kapitanı: “Bu sualın cavabını özümüz də axtarırıq"
-
14:43
Sport24.az saytı 9 yaşında!
-
14:27
Yeniyetmə boksçularımız təlim-məşq toplanışına start veriblər
-
13:12
Lionel Messi karyerasında 900-cü qolu vurdu
-
12:59
Futbolda yeni tibbi qaydalar tətbiq olunur
10.03.2026
09.03.2026






















