9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

AFFA-nın “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi Lənkəranda keçirilib

AFFA-nın və Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, mərasimdə çıxış edən AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev layihənin regionlarda və kəndlərdə idmanın, futbolun inkişafına dair yerinə yetirilməsi istiqamətində atılmış addımların davamı olduğunu, belə tədbirlərin digər regionlarda keçiriləcəyini vurğulayıb.

Qurum tərəfindən uşaqlara futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib.

Tədbirə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, baş katibi Asim Xudiyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı Cavid Cahangirzadə və Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə qatılıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31