9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

Əsgər Abdullayev: "Komandam sona qədər döyüşdü"

"Maraqlı oyun keçdi. "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm. Sonuncu dəqiqədə qol buraxdıq. Daha diqqətli olmalıydıq. İstənilən halda, futbolçulardan, komandamdan razıyam".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "İmişli"nin baş məşqçisi Əsgər Abdullayev Azərbaycan kubokunun 1/8 finalında "Qəbələ"yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

O, əzmkar mübarizəyə görə komandasına təşəkkür edib: "Hardasa diqqətsizlik rol oynadı. İstənilən halda, futbolçularıma göstərdikləri oyuna görə minnətdarlığımı bildirirəm. Sona qədər döyüşdülər, vuruşdular. Amma epizodlarda daha diqqətli olmaq lazımdır".

Qeyd edək ki, "İmişli" 90+3-cü dəqiqədə buraxdığı qolla uduzub və kubokda mübarizəni dayandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31