9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

“Qarabağ” UEFA reytinqində irəlilədi

“Qarabağ” UEFA reytinqində irəliləyib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan çempionunun UEFA Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken” üzərində Bakıda 2:1 hesablı qələbəsi buna səbəb olub.

"Qarabağ" son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda 59-cu pilləyə yüksəlib. Ağdamlılar İtaliyanın “Fiorentina” klubu ilə birlikdə bu mövqeni bölüşdürürlər.

Qurban Qurbanovun yetirmələrinin hesabında 31.000 xal var. Təmsilçimiz bunun 9.000-nı cari mövsümdə əldə edib. “Qarabağ” reytinqdə “Monako” (Fransa), “Lester”, “Aston Villa”, “Nyukasl” (hamısı İngiltərə), “Volfsburq”, Münhenqladbax “Borussiya”sı (hər ikisi Almaniya), “Valensiya” (İspaniya) kimi tanınmış klubları qabaqlayır.

UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (141.000) başçılıq edir. Almaniyanın “Bavariya” klubu 136.000 əmsalla ikinci sırada yer alıb. İlk “üçlüy”ü Madrid “Real”ı (123.000) qapayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31