9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

Rəşad Sadıqov: “Bir xal pis deyil”

"Oyun sürətli başladı. İki komanda da hücuma üstünlük verirdi. Fasilədən sonra oyuna nəzarəti üzərimizə götürdük. Bununla da rəqibə kombinasiya yaratmağa imkan vermədik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turunda bu gün səfərdə "Sumqayıt"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Hücumlarımız oldu, amma çox təhlükəlili deyildi. İkinci hissədə meydanda taktiki savaş gedirdi. Son saniyələrə qədər gərgin oyun getdi. Belə matçlar futbolumuzun inkişafı üçün faydalıdır. Bir xal pis deyil. Çətin səfərdə idik. Üstünlüyümüz olsa da, qələbə qazana bilmədik".

R.Sadıqov "Azərbaycan millisi son seçmə mərhələdə 7 xaldan daha artığını yığa bilərdi?" sualını belə cavablandırıb: "Bir az çətin sualdır. Belə ümumi cavab vermək düzgün deyil. Bəlkə də çox və ya az xal yığarsan. Burada məsələ az-çox xal yığmaqda deyil. Məsələ, düzgün yol seçib həmin yolu getməkdədir. Vacib amil odur ki, uzunmüddətli plan tutulmalıdır. Yoxsa görünən odur ki, illərimizi xərcləyirik. Yaxşı olardı ki, daha uzunmüddətli və daha uğurlu layihə olsun. Biz bunu bu gün də olmasa, 4-5 il sonra bəhrəsini görərik. Heyətimizə gəldikdə, 1-2 mövqedə rəqabət azdır, amma ümumi götürsək, heyətimiz yaxşıdır və onu bir çox oyunlarda gördük. Əvvəlcədən nəsə demək çətindir".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31