26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Xəzər Lənkəran" Bakıda ilk məşqə çıxdı

Premyer Liqanın XII turu çərçivəsində noyabr 2-də “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, bu gün T.Bəhrəmov adına Respublika stadionunda məşqə çıxan komanda saat yarım ərzində taktiki çalışmaları yerinə yetirib. Heyətdə olan zədəli futbolçulardan Junior Nildo fərdi məşqlə kifayətlənibsə,Vanderson Skarduelli də hazırlığı yarımçıq tərk etməli olub. Braziliyalı müdafiəçi əzələsində olan zədə ona məşqdə sona qədər iştirak etməyə imkan verməyib. Digər zədəli oyunçular - Duqlas Leyte, Zoahir Benouahi və Rasim Ramaldanov komanda ilə birgə məşqlərini davam etdirib. “Xəzər Lənkəran” sabah oyun saatında “Bakcell Arena”da oyunöncəsi son məşqinə çıxacaq.


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30