13 May 2024, Bazar ertəsi
Stadnik Parisə lisenziya qazandı
Qurban Qurbanovdan qələbə şərhi
“Həmin mövzular qıcıq yaradır”
“Yarım epizoddan qol buraxırıq”

Ölkə futbolu

“Araz Saatlı”nın yeni baş məşqçisi müəyyənləşdi

“Araz Saatlı”nın yeni baş məşqçisinin adı dəqiqləşib.

Futbolxeber.az saytının məlumatına görə, I Liqa təmsilçisini Azərbaycan yığmasının keçmiş futbolçusu Rüfət Quliyev çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rüfət Quliyevlə mövsümün sonunadək müqavilə imzalanıb.

Bu gün kollektivə təqdim olunan təcrübəli mütəxəssis futbolçu karyerası ərzində “Turan”, “Neftçi”, “Qarabağ”, “ANS-Pivani” kimi klublarda çıxış edib. Quliyev İranda “İstiqlal” və “Sanat-Naft” klublarında legioner həyatı yaşayıb. “Turan”la Azərbaycan, “İstiqlal”la İran çempionu titullarını qazanıb.

UEFA A kateqoriyalı mütəxəssis, baş məşqçi kimi “Ağsu”nu çalışdırması ilə tanınıb. O, 2012-2019-cu illərdə “Ağsu”ilə 1-ci divizonda bir dəfə 1-ci, bir dəfə 2-ci, iki dəfə üçüncü yeri tutub.

Qeyd edək ki, "Araz Saatlı" bu mövsüm keçirdiyi 4 oyunun hamısında uduzub. Qapsından 20 top buraxan komanda 1 qol belə vura bilməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31