12 May 2024, Bazar günü
Stadnik Parisə lisenziya qazandı
Qurban Qurbanovdan qələbə şərhi
“Həmin mövzular qıcıq yaradır”
“Yarım epizoddan qol buraxırıq”

Ölkə futbolu

"Araz-Naxçıvan"ın futbolçusu: "İlk mini finalımız olacaq"

“Sumqayıt”la oyunun birinci hissəsində yaxşı oynamadıq. Fasilədən sonra toparlandıq, məşqlərdə, eləcə də oyundan əvvəl baş məşqçinin bizdən istədiyini meydanda tətbiq etməyə çalışdıq. Yəni ikinci hissədə oyunumuzu nümayiş etdirməyi bacardıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın futbolçusu Vanderson Misli Premyer Liqasının 5-ci turunda Gəncədə “Kəpəz”lə oyun öncəsi klubun saytına açıqlamasında deyib.
 
"İndiyə qədər Premyer Liqada 4 oyun keçirmişik. Komandamız yeni qurulub, hətta elə alındı ki, gecə yol gəlib, səhər meydana çıxan futbolçumuz oldu. Buna görə də adaptasiya üçün vaxta ehtiyac var. Demək olar, heyətimizin 90 faizi yenidir. Amma arxada qalan 4 oyunu analiz etsək, “Qarabağ”a qarşı daha yaxşı oynadığımızı deyə bilərəm. İlk matçımız da pis alınmadı. Fərqlənmək üçün epizodlarımız oldu. Təəssüf ki, hər iki görüşdə uğur qazana bilmədik. Adaptasiya prosesini tez kesək, nəticələrimiz yaxşılaşacaq" - deyə o bildirib. 
 
Braziliyalı futbolçu “Kəpəz”lə oyunun maraqlı keçəcəyini vurğulayıb: "Onlar da xoş təsir bağışlayırlar. Məncə, ilk mini finalımız olacaq. Bilirsiniz ki, turnir cədvəlində 4 komandanın 4 xalı var. Bu baxımdan oyunu final hesab etmək olar. Qələbə qazanan bir addım önə keçəcək. Yaxşı hazırlaşırıq, baş məşqçinin dediklərini düzgün etməyə çalışırıq ki, yekunda yaxşı nəticə qazanaq. Həm də bu oyun Bakıdan kənarda keçirəcəyimiz ilk matç olacaq". 
 
O, Misli Premyer Liqasının maraqlı keçdiyini deyib: "İstər turnir cədvəlinə baxsaq, istərsə də oyunlara diqqət yetirsək gərgin mübarizənin getdiyini görürük. Bütün komandalar meydana qələbə qazanmaq məqsədilə çıxır. Bu, yaxşı haldır. Hazırda bizim komandada adaptasiya prosesi gedir. Oyunçuların uyğunlaşması başa çatdıqdan sonra daha yaxşı oynayacaq, uğurlu nəticələrimizlə sevindirəcəyik".
 
Vanderson komandaya və ölkəyə tam uyğunlaşdığını söyləyib: "Bura gələnə qədər Ukrayna və Belarusda da forma geyinmişəm. Premyer Liqanız Ukrayna çempionatına daha yaxındır.  Rus dilində də qismən danışıram, bu da çox köməyimə çatır.
 
Komandada İqor Ribeyro və Nuno Rodrigeslə daha çox ünsiyyət qururam. Onlar portuqal dilində danışırlar. Rus dilini bilməyim də köməyimə çatır. Burada darıxmıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31