12 May 2024, Bazar günü
Stadnik Parisə lisenziya qazandı
Qurban Qurbanovdan qələbə şərhi
“Həmin mövzular qıcıq yaradır”
“Yarım epizoddan qol buraxırıq”

Ölkə futbolu

"Olimpiya" "Azərsun Arena"da məşq etdi, Dağüstü Parkda gəzdi

Sloveniyanın "Olimpiya" komandasının üzvləri avqustun 29-dan Bakıdadırlar.

Futbolxeber.az saytının məlumatına görə, Lyublyana təmsilçisi "Qarabağ"la matça 2 gün qalmış Azərbaycan paytaxtına gəlib. Onlar xüsusi deyil, Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə Bakıya yollanıblar.

Dünən komanda "Qarabağ"a məxsus "Azərsun Arena"nın məşq meydanında hazırlıq keçiblər. Bu gün axşam isə komandanın Tofiq Bəhramov adına Respublika Stadionunda məşqi nəzərdə tutulub.

Qeyd edək ki, bu səhər "Olimpiya" komandasının üzvləri şəhər gəzintisinə çıxıblar. Sloveniya klubunun futbolçuları Dağüstü Parkda da olublar və oradan kollektiv şəkil çəkdiriblər.

Xatırladaq ki, "Qarabağ"la "Olimpiya" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda cavab matçına çıxacaqlar. Oyun saat 20:00-da başlanacaq. Bu komandaların Lyublyanadakı ilk görüşündə "Qarabağ" 2:0 hesabı ilə qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31