26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Azərbaycan kubokunun debütantı

Bu gün Azərbaycan kuboku uğrunda yarışlara start verilib. Futbolxeber.az-ın məlumatına görə, I divizionun 8 komandasının qatıldığı 1/16 final mərhələsinin oyunları ilə sayca 22-ci kubok mövsümü başlayıb. Bu komandalardan 7-si əvvəllər də ölkə kubokunda çıxış edib. “Mil-Muğan” isə yeni yarandığından bu yarışın debütantlarıdır. 1992-ci ildə start götürən kubok yarışlarında indiyədək 145 klub çıxış edib. “Mil-Muğan” klubu da nəzərə alınmaqla iştirakçıların ümumi sayı 146-ya çatacaq. 1/16 finalın iştirakçılarından ikisi - MOİK və “Şahdağ” isə digər klublarla müqayisədə zəngin kubok təcrübəsinə malikdir. Onların hər ikisi kubokda keçirdiyi oyunların sayı ilə seçilir. Belə ki, yarışda ən çox oyun keçirən 10 komanda sırasında MOİK-lə “Şahdağ”ın da adı var. Lakin bu komandalar çox oynadığı yarışda ciddi uğur qazanmayıb. Hər 2 komanda üçün ən böyük uğur 1/4 finaldır. Bakılılar 5, Qusar təmsilçisi isə 2 dəfə bunu bacarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30