9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

“Jelezniçar”ın yarımmüdafiəçisi “Neftçi” ilə oyunu buraxacaq

“Jelezniçar”ın daha bir futbolçusu Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, yarımmüdafiəçi Semir Ştiliç 8-ci km qəsəbə stadionundakı qarşılaşmada iştirak edə bilməyəcək.
 
36 yaşlı oyunçu zədə səbəbindən ilk görüşdə olduğu kimi, cavab matçında da məşqçilər korpusunun sərəncamında olmayacaq. Daha əvvəl müdafiəçi Amar Drinanın cəzalı olduğu üçün ikinci oyunu buraxacağı açıqlanmışdı.
 
Əvəzində yarımmüdafiəçi Edin Rustemoviç sıraya dönüb. Digər zədəlilər İrfan Yaşareviç və Cozef Amoanın iştirakı isə sual altındadır.
 
Qeyd edək ki, avqustun 3-də oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Sarayevodakı ilk matçda 2:2 hesabı qeydə alınıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31