Ölkə futbolu
Qurban Qurbanov azarkeşlərə səslədi: “Narahatlığa ehtiyac yoxdur”
“Çox ciddi bir rəqibə qarşı oynayacağıq. İstəkli komandadır. Bu komanda öz oyun intizamı ilə digərlərindən çox fərqlənir”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Rakov”la səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
Polşa klubunun onlara tanış rəqib olduğunu xatırladan mütəxəssis indi bu komandanın daha yaxşı formada olduğunu bildirib: “Biz bu komandaya qarşı yoxlama oyununda oynasaq da, indi onlarda xeyli dəyişiklik var. Daha intizamlı və keyfiyyətli komanda olublar. Rəqibi daha yaxşı tanımaq üçün sabah bizim vaxtımız olacaq. Hər bir halda oyuna çox ciddi yanaşırıq. Yaxşı oyun və nəticə göstərmək istəyirik. Bu komandaya qarşı meydandan mübarizəsiz çıxmalı deyilik. İnanıram ki, yaxşı oyunla ən azından azarkeşlərimizi sevindirə biləcəyik”.
Q.Qurbanov bundan əvvəlki avrokubok oyunlarında Polşa təmsilçilərinə qalib gəlmələrinə baxmayaraq, bu rəqibə qarşı oyun ərəfəsində azarkeşlərin narahatlığı ilə bağlı isə bunları bildirib: "Bizim əvvəl oynadığımız rəqiblərlə bağlı Azərbaycan və Polşa mediasında xeyli açıqlamalar oldu. Amma mən qətiyyən bu barədə düşünmürəm. Əvvəlki oyunlara necə ciddi yanaşmışıqsa, buna da elə yanaşırıq. Əvvəlki nəticələri düşünmürük. Bu gün istənilən rəqibə qarşı eyni formada ciddi hazırlaşırıq. Əvvəlki oyunlar haqda düşünmək bizim ziyanımıza olar. Azarkeşlərimizə də demək istəyirəm ki, narahatlığa ehtiyac yoxdur. Yəqin rəqibin daha ciddi olduğu üçün azarkeşlərimizdə narahatlıq var. Bu da tam doğrudur. Biz sadəcə meydanda sona qədər diqqətli olmalıyıq".
Təcrübəli mütəxəssisin sözlərinə görə, "Rakuv"un Polşa çempionatında "Korona"ya qarşı matçının təxirə salınması rəqibin "Qarabağ"la oyuna ciddi yanaşdığını göstərir: "Əvvəlki matçları nəzərə alsaq, komanda 3-4 gündən bir oyun keçirib. Növbəti çempionat görüşlərinin təxirə salınması rəqibin məsuliyyətindən, bizə ciddi yanaşmasından irəli gəlir. Federasiya da cavab qarşılaşmasının Bakıda olmasını nəzərə alaraq, "Rakuv"un müraciətinə müsbət cavab verib".
Baş məşqçi yeni transfer Juninyonun "Rakuv"la ilk matçda meydana çıxma ehtimalının az olduğunu vurğulayıb: "Komanda ilə yüngül məşqlərə başlasa da, tam hazır deyil. Bu cür görüşlərdə oynaması riskli ola bilər. Amma yenə də həkimlərlə məsləhətləşəcəyik".
Qurbanov yoxlama oyunları ilə Çempionlar Liqasındakı matçların fərqli olduğunu diqqətə çatdırıb: "Hazırlıq qarşılaşmasında hər iki komanda eyni formada ola bilməz. Sadəcə, həmin qarşılaşmada "Rakuv"un gücünü, aqressiyasını və nizam-intizamını gördük. Bu gün meydanda daha güclü kollektiv var. Bacardığımız qədər məlumat topladıq. Bu rəqiblə Çempionlar Liqasında oynamaq bizim üçün də maraqlı olacaq. "Rakuv" bizə hər hansı sürpriz hazırlaya bilər. Buna hazır olmalıyıq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan futbolunu dildə yox, əməldə düşünmək
- 2 milyon pul alıb, oynatmağına bax...
- Adil Şükürov “Kəpəz”dən getdi
- Elxan Məmmədov FİFA-da yeni vəzifəyə təyin olundu
- “Araz-Naxçıvan”ın qapıçısı: “Bəlkə də mən düzgün addım atmadım”
- Emin Mahmudov: “Xahiş elədi, mən də topu ona verdim, problem yoxdur”
- Vətən, Bayraq, Sakarya... - Santuşun çıxışına qısa sözardı
- Mateuş Koxalski: “Qarabağ” “Dinamo”ya lazımi qədər qol vura bilər”
- "Araz-Naxçıvan"dan fiasko: Çempionumuz yenə qrupda qaldı
- "Qızıl top"a namizədlərin siyahısı açıqlandı
- Qriqorçuk: “Onları vurmalıydıq”
- “Zirə”nin hücumçusu: “Hər dəfə VAR, VAR, VAR - bilmirəm buna necə reaksiya verim”
- ÇL: "Araz-Naxçıvan" yenə 7 qolla qalib gəldi
- Zaur Axundov: “Millinin heyətində meydanda 80 faiz can yandıran futbolçu görmədim”
- Möhtəşəm fürsət: ERKƏN UDUŞ
-
21:54
“Neftçi” "Qarabağ"la bacarmadı
-
19:45
Ayxan Abbasov: “Çox mühüm 3 xal qazandıq”
-
19:36
Azər Bağırov: "Hücumda və orxa xətdə problemlərimiz var"
-
18:58
“Lənkəran”dan yeni transfer
-
18:09
"Naxçıvan" baş məşqçi və üç basketbolçu ilə müqavilə müddətini uzadıb
-
17:41
"Qəbələ"dən 5 qollu qələbə VİDEO
-
17:27
“Sumqayıt”dan azarkeşlərə çağırış: “Dəstəyinə ehtiyacımız var”
-
17:13
AFFA rəhbərliyi UEFA-nın tədbirində iştirak edib
-
16:54
Güləşçilərimiz Rusiyaya yollanır
-
16:35
AFFA I Liqa klublarını cərimələdi
-
16:22
Bölgə klubuna texniki məğlubiyyət verildi
-
16:08
Böyük futbol Buzovnaya qayıtdı VİDEO
-
15:59
Tovuzda heyətlər açıqlandı
-
15:16
Həyəcan, qorxu, yoxsa paxıllıq?
-
14:49
Amerikalı basketbolçu daha 1 il Azərbaycanda qalacaq
-
14:07
Alim Nəbiyevdən 56-cı qələbə
-
13:23
"Arsenal"ın futbolçusundan tarixi göstərici
-
12:51
Region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
-
12:38
"Neftçi"dən 2 transfer
-
12:15
Şuaybu "Qəbələ"nin tarixinə düşdü
-
12:00
Yeni idman saytı fəaliyyətə başladı
-
11:42
FIDE Faiq Həsənovu mükafatlandırdı
-
11:24
Millimizin üzvü: "Ən yaxşı oyunçu seçiləcəyimi gözləmirdim"
-
10:59
Bu klubun adı və loqosu dəyişdirildi
-
10:36
Günün oyunları - TV AFİŞA
-
10:13
I Liqada III turun oyun cədvəli açıqlandı
-
09:45
"Abşeron"da amerikalı hücumçu
-
09:07
"Qarabağ"ın rəqibi evdə xal itirdi
-
23:02
Millimiz Çexiyaya məğlub oldu
-
22:00
"Neftçi"nin Azərbaycan derbisinə hazırlığı VİDEO
-
20:46
Prezidentin bu gün təməlini qoyduğu “İmarət” stadionu necə olacaq?
-
20:18
"Lənkəran"dan iki transfer birdən
-
19:53
"Qarabağ"ın rəqibinin zədəli futbolçularının son durumu açıqlanıb
-
19:00
Şahin Mustafayev Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb
-
18:34
"Qəbələ" və "İmişli"dən darmadağın
-
17:49
"Sumqayıt"ın futbolçusu Asiyanın ən yaxşısı seçilə bilər
-
17:25
Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək
-
17:12
Millimiz Özbəkistana uduzdu
-
16:51
“Sumqayıt”ın “Ailəvi azarkeş” aksiyasının ilk qaliblərinə hədiyyələri təqdim olundu
-
16:36
"Azərreyl" milli üzvü ilə müqavilə imzaladı
-
16:27
"Turan Tovuz" - "Araz-Naxçıvan" matçının biletləri satışda
-
16:13
Qara Qarayev “Neftçi”dən getdi
-
15:48
ETOPAZ: Bu Oyunda Favorit Sənsən!
-
15:39
"Neftçi"dən ayrıldı, "Sumqayıt"la müqavilə imzaladı
-
14:50
Ağdamda “İmarət” stadionunun təməli qoyuldu
-
14:26
"Neftçi"dən 2 transfer birdən
-
14:14
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
-
13:45
II Liqada IV turun oyun cədvəli açıqlandı
-
13:33
"Kəpəz"in yeni portuqaliyalısı: "Mən də bu sevgini qazanmaq istəyirəm"
-
13:07
"Şəki"dən növbəti transfer