9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

Rövlan Muradov: “Çəkdiyimiz əziyyət yerdə qalmadı”

"Qəbələ"nin futbolçusu Rövlan Muradov Azərbaycan  Premyer Liqasının 36-cı turunda "Kəpəz"lə 1:1 hesablı heç-heçə edərək Konfrans Liqasına vəsiqə qazandıqları oyundan sonra sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Futbolxeber.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu yerə gəlmək üçün çox çətinliklərdən keçdiklərini bildirib:

"Avqust ayında komanda toplanışa gələndə bu mövsüm haqqında söhbətimiz zamanı "Biz bunu bacara bilərik!" dedik. Çox çətin, ağrılı, zədəli günlərdən keçdik və sonda istədiyimiz avrokuboklara vəsiqə qazandıq. Bu yolda bizə dəstək olan başda klub rəhbərliyinə, azərkeşlərimizə, bizə inanan doğmalarımıza təşəkkür edirəm. Çəkdiyimiz əziyyət yerdə qalmadı. Min şükür! Amma hələ bitməyib. İyun 3-də "Bakcell Arena"da Azərbaycan kubokun finalındə "Qəbələ" sevənləri səbrsizliklə gözləyirik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31