9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

“Sumqayıt” “Yüksək Liqa”nın çempionu oldu

AFFA-nın təşkilatçılığı keçirilən qızlar üzrə “Yüksək Liqa”da sonuncu turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt” FK “Kapital Bank Arena”da 8 №-li İOEUGİM kollektivi ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 7:4 hesablı qələbəsi ilə başa çatıb. Ləman Mustafazadənin het-trik, Nübar Eminovanın isə dubl etdiyi qarşılaşmada “Sumqayıt”ın digər qollarının müəllifləri Firuzə Şıxıyeva və Rövşanə Sərdarlı olub.

Qarşılaşmanın ardınca “Yüksək Liqa”nın mükafatçılarının təltifetmə mərasimi keçirilib. Futbolçulara medal və diplomları “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, AFFA-nın Texniki Direktoru Cahangir Həsənzadə, Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova və U-17 (qadınlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

Beləliklə, “Sumqayıt” FK “Yüksək Liqa”nın məğlubiyyətsiz çempionu adını qazanıb. Komandanın hücumçusu Şəfəq Nəsirova isə 64 qolla çempionatın bombardiri olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31