9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

“Məgər “Kəpəz” və “Turan Tovuz” Premyer Liqaya idman prinsipləri ilə vəsiqə qazandı?”

“Səbail” də, “Şamaxı” da, “Kəpəz” də, “Sumqayıt” da Premyer Liqada qalmağa layiqdir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXXV turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra deyib.

Təcrübəli mütəxəssis bildirib ki, bəzi məqamlarda idman prinsipi həlledici rol oynamır: “Mən daha əvvəl də bu barədə fikirlərimi açıqlamışam. Elə deyirlər idman prinsipi. Məgər “Kəpəz”, “Turan” bu mövsüm Premyer Liqaya idman prinsipi ilə gəldi? Yaxud mənim çalışdığım dövrdə “Kəpəz” idman prinsipi ilə Premyer Liqaya yüksəldi. Yaxud ikinci məsələ. İdman prinsipindən danışırıqsa, o zaman I Divizionda da klubların hamısı peşəkar olmalıdı. “Qarabağ-2”, yaxud “Qəbələ-2” I yeri tutsa, Premyer Liqaya yüksələcəklər? Deməli, dördüncü, beşinci yeri tutanlardan biri vəsiqə əldə edəcək. İdman prinsipi o zaman olur ki, üç peşəkar liqa var. Bəlkə də yenə deyəcəklər Şahin Diniyev “Səbail”ə görə danışır, amma həqiqətən də elə deyil. “Səbail” də Premyer Liqada qalmağa layiqdi, “Şamaxı” da”. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31