19 May 2024, Bazar günü
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

Cica: “Qarabağ” çempion olmağa öyrəşib”

"Qarabağ"ın albaniyalı futbolçusu Redon Cica ölkəsinin "Supersport" telekanalına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, Ağdam təmsilçisi ilə bu mövsüm yaşadığı ölkə çempionluğu haqda danışıb: "Azərbaycanda "Qarabağ"ın çempionluğunu təmtaraqlı qeyd etmədik. Komanda son illər tez-tez ölkə çempionu olmağa öyrəşib və bu, yenilik deyil".

24 yaşlı hücumçu Azərbaycana və "Qarabağ"a uyğunlaşdığını deyib: "Yüngül zədə almışam və 100 faiz hazır deyiləm. Mümkün qədər yaxşı mövsüm üçün əlimdən gələni edirəm. Nə vaxt şansım olsa, əlimdən gələni edəcəyəm və rəhbərliyin transferə olan etimadını doğruldacağam. Fasilə mənə kömək edəcək. Sonra yeni mövsümdə start heyətində olmaq üçün hazırlıq mərhələsində əlimdən gələni edəcəyəm".

Cica bildirib ki, yanvarda olan transfer futbolçu üçün yaxşı deyil, çünki komandaya uyğunlaşmaq çətindir: "Yayda hazırlıq mərhələsi olduğundan komandanın oyun üslubunu başa düşmək olur. "Qarabağ"a qış transfer pəncərəsinndə, fasilədə ilk oyundan beş gün əvvəl gəlmişdim. Oyunun gedişindən xəbərim yox idi. Mən sadəcə oynadım və əlimdən gələni etdim, amma indi komandaya uyğunlaşmışam. Ümid edirəm ki, növbəti mövsüm start heyətdə oynayacağam".

R.Cica qeyd edib ki, qışda ayrıldığı "Tirana" Albaniya çempionu olsa, həmin klubdan da medal istəyəcək: "Tirana" çempion olsa, medal istəyəcəyəm. Çünki mövsümün ilk mərhələsində komandaya töhfə vermişəm. Futbolçunun bir mövsümdə 2 medal qazanması tez-tez baş vermir".

Qeyd edək ki, "Tirana" Albaniya çempionatında 59 xalla liderdir.

Xatırladaq ki, "Qarabağ"  yarışın bitməsinə 2 tur qalmışdan 10-cu ölkə çempionluğunu təmin edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31