Ölkə futbolu
Şahin Diniyev: “Xəyallarla yaşamağa dəyməz”
“Hər birinizi salamlayıram, axşamınız xeyir. Amma bizim üçün bu əhval-ruhiyyə ilə axşam yəqin ki, xeyirli olmayacaq”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının qol şanslarını qaçırdığını bildirib: “Həyat davam edir, bu futboldur. Futbolda da 3 nəticədən biri olmalıdır. Qələbə münasibəti ilə “Kəpəz”i təbrik edirəm. Bu cür oyunların taleyini adətən 1 qol həll edir. Oyunun gedişatı da onu göstərirdi. Təəssüf ki, ikinci hissədə futbolçularımız dayandılar. Halbuki fasilədən sonra ardıcıl 3 qol epizodumuz var idi. Onlardan istifadə etsəydik, yəqin ki nəticə fərqli olacaqdı”.
Diniyev Premyer Liqada qalmaq uğrunda mübarizədə “Sumqayıt” və “Kəpəz”dən geri düşdüklərini bildirib: “Hesabda geri düşdükdən sonra dəyişikliklər edib, hücum xəttini gücləndirsək də, nəticəni dəyişmək mümkün olmadı. İrəli baxmalıyıq. Düzdür, “Sumqayıt” və “Kəpəz” bu tur qələbə qazanmaqla bizdən aralandılar və bu, onlar üçün böyük sıçrayışdır. “Şamaxı” ilə vuruşmalıyıq. Lakin digər tərəfdən də sona 8 tur qalıb və hər an hər şey dəyişə bilər. Ümidliyəm, təslim olmayacağıq, sona kimi mübarizə aparacağıq. Bugünkü oyunu çıxmaq şərti ilə, sərgilədiyimiz futbola görə, şəraitinə görə “Səbail” Premyer Liqada qalmağa layiqdir”.
“Səbail”in çalışdırıcısı psixoloji baxımdan çətinlik yaşadıqlarını qeyd edib: “Açığını deyim ki, psixoloji hazırlığa daha çox vaxt ayırmaq məcburiyyətində qalırıq. Komandamız təzyiq altındadır. Hər bir futbolçu uduzmağa, səhv buraxmağa qorxur. Hazırda ən böyük problemimiz məhz psixoloji amillə bağlıdır. Aldığımız qırmızı vərəqələr, qapımıza təyin edilən penaltilər də bundan irəli gəlir”.
O, futbolçuların ustalıq səviyyəsində müəyyən çatışmazlıqların olduğunu söyləyib: “İndiki məqamda futbolçularımın oyunçu keyfiyyəti barədə pis nəsə deməyim düz çıxmaz. Ola bilər, ustalıq səviyyəsi baxımından müəyyən çatışmazlıqlar var. Bəlkə də qaçırılan qol epizodları da bundan irəli gəlir. Futbolda əsas nəticədir. 0:1 uduzmuşuq və bu, faktdır. Yaxşı oynadıq, şansları qaçırdıq və s. Bütün bunlar nəticəni dəyişmir. Xəyallarla yaşamağa dəyməz. Əsas reallıqdır. Ümumi götürdükdə, şikayətlənmək fikrində deyiləm. Həyat da, mübarizə də davam edir və sona kimi istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Şahin Diniyev 2015-2017-ci illərdə çalışdırdığı “Kəpəz”i avrokuboklara daşımışdı. Mütəxəssis bu dəfə rəqib kimi gəldiyi Gəncədə xoş qarşılandığını bildirib: “Gəncə azarkeşləri futbolu bilən, futbolla yaşayan insanlardı. Sağ olsunlar, bu gün də məni çox yaxşı qarşıladılar, hörmətlərini, sevgilərini nümayiş etdirdilər. Buna görə onlara təşəkkürümü bildirirəm”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA “sıfırlandı” - QEYD
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
14:25
Stefan Aka: “Hakim səhvləri oyunun taleyini həll etdi”
-
14:09
Sərtan Taşkın üçün 14 dəqiqə
-
13:32
U-17 millimiz Gürcüstanla iki yoldaşlıq oyunu keçirəcək
-
13:13
Məhəmməd Avstriyada birinci, Şəhriyar üçüncü oldu
-
12:24
"Xəzri"nin baş məşqçisi finalda nəyə ümid edir?
-
11:57
IWF prezidenti Azərbaycanda ağırlıqqaldırmanın infrastrukturu ilə tanış olacaq
-
11:40
Otto Con: “3 xal bizim üçün çox vacib idi”
-
11:31
"Milan" "Kalyar"ni darmadağın etdi VİDEO
-
11:18
Millimizin müdafiəçisinin komandası ikinci liqaya düşdü
-
11:09
Arda Gülərin "Real"da növbəti qolu VİDEO
-
10:56
"Borussiya" böyük hesabla məğlub oldu VİDEO
-
10:45
Vüsalın komandası pley-offa vəsiqə qazandı
-
10:32
"Napoli" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər
-
10:11
"Çelsi"dən əzmkar qələbə VİDEO
-
10:00
Marko Yankoviç: “Hər oyunda 3-5 qol vurmağa ehtiyacımız yoxdur”
-
09:47
Mariya Stadnik: “Çətin olsa da, bunu bacardım”
-
09:34
"Mançester Siti"dən 4 cavabsız qol VİDEO
-
09:25
Premyer Liqamızda 34-cü tura yekun vurulur
-
23:59
Stadnik Parisə lisenziya qazandı
-
23:24
"Xəzri" ikinci finalçı oldu
-
23:05
Şeydayevin komandası yenə uduzdu
-
22:46
Zirədə tək qol VİDEO
-
22:12
Qurban Qurbanovdan qələbə şərhi
-
21:51
Rəşad Sadıqov: “Bunun üçün xüsusi mütəxəssis olmağa ehtiyac yoxdur”
-
21:28
“Turan Tovuz” və “Qarabağ”dan qələbə
-
20:33
Rahilin komandası məğlub oldu
-
19:57
“Həmin mövzular qıcıq yaradır”
-
19:48
“Yarım epizoddan qol buraxırıq”
-
19:40
"Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
-
19:17
"Turan Tovuz" paytaxtdan 3 xalla qayıtdı VİDEO
-
18:31
Elxan Məmmədov "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda
-
16:28
Göygöldə Azərbaycan cüdoçuları kəmər dərəcələri üzrə imtahan verib
-
16:06
"Oser" yenidən Liqa 1-də
-
15:51
Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
-
15:34
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
-
15:19
Fransalı atıcı Bakıdakı Dünya Kubokunda yenə qızıl medalı əldən verib
-
15:00
“Kəpəz”in yarımmüdafiəçisi: “İnsident oldu, bitdi, keçdi”
-
14:45
Voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” keçirildi
-
14:23
Rafael Ağayev sumqayıtlıları "Səbail"lə oyuna dəvət etdi
-
14:07
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
-
13:52
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
-
13:18
Lunyov müqaviləsini yeniləyib-yeniləməyəcəyi haqda: "Hər şeyin öz vaxtı var"
-
12:24
Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışda 4 qızıl medal qazanıb
-
12:06
Coşqun Diniyevin komandası mövsümü qələbə ilə başa vurdu
-
11:41
AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı
-
10:39
Andre Şinyaşiki: “Hər zaman fərqlənməyi xüsusi bir şey hesab etmirəm”
-
10:25
"İnter"dən darmadağın VİDEO
-
10:13
"Qarabağ" "Zirə" önünə itkilərlə çıxacaq
-
09:47
"Ştudqart" 3 xalı tək qolla qazandı VİDEO