9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

Qurban Qurbanov hakimlə aralarındakı dialoqdan danışdı

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXV turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunun fasiləsində matçın baş hakimi Kamal Umudlu ilə aralarındakı dialoqdan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis sarı vərəqə epizodları ilə bağlı razı olmadığını bildirib:

“Mənim hakimlərdən razı qalmadığım vaxt olmayıb. Heç vaxt razı qalmadığımı deməmişəm. Həmin epizodda da hakimə narazılıq bildirmirdim. Sadəcə yaxınlaşdım dedim ki, çox bəsit sarı vərəqələr göstərdiz. Oyunun 15-20-ci dəqiqəsində orta sahə oyunçularımızdan ikisi sarı vərəqə alırsa, onlar ehtiyatlı davranacaqlar və aqressiyanı itirəcəklər. Fasilədə sarı vərəqə epizodlarına baxdım. Mənim fikrimcə, Romanın epizodunda sarı vərəqə yox idi. Lakin referi əminliklə dedi ki, düşüncəsinə görə hər iki epizodda sarı vərəqə idi. Hakimləri də başa düşmək lazımdı. Oyunların gərginliyi onlara da təsir edir. Bəzən qışqırığa fit verirlər. Hakimlərə də uğurlar arzulayıram. Hər birimiz istəyirik ki, onlar da daha yaxşı səviyyəyə çatsınlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31