9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

Mahir Emreli rəsmən "Konyaspor"da

Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emrelinin "Konyaspor"a keçidi rəsmiləşib.

Futbolxeber.az-ın Türkiyə klubunun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisinin üzvü bu mövsümün sonuna kimi icarə əsasında Superliqa təmsilçisində çıxış edəcək.

M.Emreli ilə yanaşı, klub heyətinə 26 yaşlı kolumbiyalı yarımmüdafiəçi Marles Morenonu da cəlb edib.

Klub bildirib ki, Türkiyədə ötən həftə baş verən güclü zəlzələ ilə əlaqədar Konya Böyük Şəhər Stadionunda imzalanma mərasimi təşkil edilməyəcək.

Qeyd edək ki, M.Emreli bu mövsüm "Dinamo"da 13 rəsmi oyun keçirib, 3 qol vurub.

Xatırladaq ki, M.Emreli 2022-ci ilin yanvarında “Dinamo” Zaqreblə 4,5 illik müqavilə bağlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31