Ölkə futbolu
Ehtiram Quliyev: "Əvvəllər öncəliyimiz Qarabağ idi, indi Turandı”
“Türkiyədə baş verən faciə hər birimizi sarsıtdı. Cənab Prezidentimizin çağırışdan sonra biz də “Huner Group” olaraq bu yardım kampaniyasına qoşulduq. Türkiəyli qardaşlarımızın yaralarının sağalması üçün əlimizdən gələni edirik. Acılı günlər olsa da, işlərimizi də dayandıra bilmərik. Bu gün “Turan Tovuz”la “Huner Group” arasında sponsorluq müqaviləsinin imzalanması çox sevindirici haldır”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri bu gün “Turan Tovuz”la sponsorluq müqaviləsi imzalayan “Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyev deyib.
O qeyd edib ki, danışıqlar müddətində bəzi sualları olub: “İlk növbədə AFFA rəhbərliyinə, Futbolun İnkişafı Fonduna, rrayon rəhbərliyinə, şəxsən icra başçısına təşəkkür edirəm. “Turan Tovuz”da çox gözəl şərait yaradılıb. 9 illik fasilədə komanda I divizonda çempion olsa da, maliyyə problemlərinə görə Premyer Liqaya yüksələ bilməyib. Qismət bu mövsümə imiş. Yaydan Futbolun İnkişaf Fondu ilə danışıqlaar aparırdıq. Tərəddüdlərimiz, suallarımız vardı, həm idarəçilik, həm də şəffaflıq baxımından. Sağ olsunlar ki, hər bir sualımızı cavablandırdılar. Bura bu gün yığışmağımızda əsas rol Futbolun İnkişaf Fondunundu. İqtisadiyyatımız güclənir, şaxələnir bu gün. Amma 1992-ci ildə belə deyildi. Hənin çətin dövrdə komandaya dəstək olan şəxslər qəhrəmanlıq göstəriblər. Vidadi Əhmədov başda olmaqla. Onların adları “Turan”ın tarixinə qızıl hərflərlə yazılıb, biz bütüb bunları heç vaxt unutmayacağıq”.
E.Quliyev bildirib ki, sponsorun gələn kimi klubdan nəticə tələb etməsi düzgün deyil: “Təkcə əsas komanda deyil, uşaq futboluna da diqqət ayıracağıq. Sponsor gələn kimi nailiyyət əldə olunmur. Bu, gələcəyin işidir. Bu gün yatırım edirik ki, faydasını 5-10 il sonra görə bilək. Futbol nailiyyəti olsa, nə gözəl. Amma uğursuz olsa belə, bu, bizi ruhdan sala bilməz. “Turan Tovuz” hətta I Diviziona düşsə belə, sponsorluğumuzu davam etdirəcəyik”.
Şirkət rəhbəri qeyd edib ki, sponsorluq müqaviləsindən sonra “Huner Group”un da “Turan Tovuz”un İdarə Heyətində təmsilçiləri olacaq: “İdarə Heyətində 2 üzvümüz təmsil olunacaq. Bu təklif klubdan gəldi, biz də qəbul etdik. Özümüz də, könlümüz də, ruhumuz da “Turan Tovuz”un yanındadır”.
Ehtiram Quliyev digər iş adamlarına da sponsorluqla bağlı çağırış edib: “Sponsorluq məcburi ola bilməz. Amma mən digər bölgələrdən olan iş adamlarına da səslənirəm. Onlar da əllərini daşın altına qoymalıdırlar”.
O, sponsorluqla bağlı AFFA-nın da fikrini öyrəndiklərini bildirib: “Bu gün burda AFFA-dan heç kim təmsil olunmasa da, onlar bəlkə də gözəgörünməyən qəhrəmanlardı. Təbii ki, danışıqlar zamanı onlarla da söhbətimiz oldu, fikirlərini öyrəndik. Bugünkü gündə futbolumuzda aparılan işlər bizim üçün də maraqlıdır və buna görə də sponsorluqla bağlı təklifi qəbul etdik. Tovuzlu olmasaydım belə, “Turan Tovuz”a sponsorluq edərdik. Burada “Turan” adı var. Bu, təkcə ad deyil, vizyondu. “Turan” adı altında birləşməmək mümkün deyil. Əvvəllər öncəliyimiz Qarabağ idi, cənab Prezidentimizin sayəsində o məsələni həll etdik. İndi öncəliyimiz Turandı”.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO