9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

Ahmed Ayzaya: “Qarabağ”la oyunda xala layiq idik”

“Möhtəşəm oyun oldu. Görüşü 90 dəqiqə ərzində izləyənlər yəqin ki, darıxmadılar. Qarşılaşmadan, meydandakı mübarizədən zövq aldılar”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Ahmed Ayzaya klubun mətbuat xidmətinə açıqlamasında Azərbaycan Premyer Liqasının 21-ci turunda "Qarabağ"la matç (1:1) haqqında danışarkən deyib.

Komandasının görüşdəki bərabərlik qolunu vuran yarımmüdafiəçi "Kəpəz"in turnir cədvəlində yuxarı pillələrə layiq olduğunu bildirib: “Çempionatın lideri ilə görüşdə qazandığımız bir xal yaxşı nəticədir. Xala layiq idik. Çünki meydanda sərf etdiyimiz gücün, əziyyətin sayəsində nəticə qazandıq. Biz hazırkı mövqeyimizdən daha yaxşısına layiq oyun nümayiş etdiririk. Mübarizə əzmi yüksək, nəticəyə istəkli olan kollektivimiz var”.

Nigeriyalı futbolçu deyib ki, Ağdam təmsilçisi ilə qarşılaşmada qələbə də qazana bilərdilər: “Meydana həmişə qələbə üçün çıxırıq. Bəzən alınmır, amma sonuncu oyunumuzdan üç xalla ayrıla bilərdik. Qol vurmaq üçün imkanlarımız oldu. Oyuna da yaxşı hazırlaşmışdıq. Baş məşqçinin tapşırıqlarını məşqlərdə lazımınca yerinə yetirmişdik. O, bizi yaxşı motivasiya etmişdik. Məncə, möhtəşəm çıxış etdik”.

28 yaşlı oyunçu vurduğu qoldan qısa danışıb: “Vurduğum qol barədə çox danışmaq istəmirəm. Mükəmməl zərbə alındı. Komandama nəticə qazandırdığı üçün müəllifi olduğum zərbəyə daha çox sevindim”.

“Azarkeşlər qələbələrə hazır olmalıdırlar” - deyə Ahmed Ayzaya sonda fanatlara mesaj da göndərib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31