9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

“Qəbələ” - “Sabah”: 22-ci duel

Sabah Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq. 

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” turun son günündə meydana çıxacaq. “Qırmızı-qaralar” fevralın 1-də “Sabah”la qarşılaşacaq.

Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş iki komanda arasında 22-ci matç olacaq.

Bunadək rəqiblər ümumilikdə 21 dəfə görüşüb. Əvvəlki oyunlarda qələbə sayında tarazlıq hökm sürür. Hərəyə 9 dəfə qalib gələn tərəflər 3 dəfə heç-heçə ilə ayrılıb. Rəqib qapısına 24 qol vuran “Qəbələ” futbolçuları 27 top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox - hərəyə 3 qol vurublar.

İndiyədək keçirilən 21 matçdan 17-si çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 9 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir - 16-25.

“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 3 heç-heçəsi olan komanda 3 matçda məğlub olub. Bu oyunlarda 14 qola sevinən “Qəbələ” 15 top buraxıb.

Xatırladaq ki, fevralın 1-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 15:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31