22 Oktyabr 2025, Çərşənbə
"Qarabağ" "Atletik" səfərində
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi

Ölkə futbolu

Tərlan Əhmədov: "Oyun keyfiyyəti bizi qane etdi"

“Təlim-məşq toplanışı normal qaydada, planlaşdırdığımız kimi getdi. Komanda 3 oyunda da uğurlu çıxış elədi. Oyun keyfiyyəti bizi qane etdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Antalya toplanışını dəyərləndirərkən deyib.

O, komandada əzmkarlığın yüksək səviyyədə olduğunu bildirib: "Bəzi məqamlarda zədələnən və xəstələnən futbolçularımız oldu. Bəzi oyunçuları tam yoxlaya bilmədik. Ümumillikdə komanda normal hazırlıq keçdi. Oyunlar da göstərdi ki, komanda əvvəlki matçlara nisbətən daha keyfiyyətli çıxış etdi. Ümumi 3 oyunun hər birini komanda yüksək səviyyədə keçirib. İkinci oyunumuz mübarizə şəraitində keçdi. Nə bizim, nə də rəqibin qol epizodları oldu. Komandadakı istək, əzmkarlıq və birlik yüksək səviyyədədir”








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31