9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

“Bizi “Qarabağ”a qarşı həddindən artıq çətin oyun gözləyir”

“Kəpəz”in yarımmüdafiəçisi Nicat Süleymanov Azərbaycan Premyer Liqanın 13-cü turunda bu gün keçiriləcək  “Qarabağ”la oyundan öncə fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, qarşılaşmanın komandası üçün çox çətin olacağını bildirib:

"Bizi həddindən artıq çətin oyun gözləyir. Bunun fərqindəyik. Layiqli şəkildə mübarizə aparmağa çalışacağıq. Çempionatda asan görüş yoxdur. Bütün qarşılaşmalar gərgin keçir. “Qarabağ” qarşısında nə gücümüz varsa, ortaya qoymağa çalışacağıq. Hamı rəqibin gücünə bələddir. Bununla belə meydana xal qazanmaq üçün çıxacağıq".

Süleymanov komandada hər şeyin yaxşı olduğunu bildirib: “Səbail” üzərində qazandığımız qələbədən sonra əhval-ruhiyyəmiz daha da artıb. Gəncədəki oyunu unudub qarşıdakı matça köklənmişik".

N.Süleymanov meydana çıxıb-çıxmayacağının  baş məşqçinin qərarından asılı olacağını vurğulayıb: "Onun qərarına hörmətlə yanaşıram. Kimin oynamasından asılı olmayaraq əsas olan komandanın nəticəsidir. Meydanda mənə nə qədər şans düşsə, istifadə edib etimadı doğrultmağa çalışacağam.

Sağ və sol cinahda oynamaq mənim üçün ilk dəfə deyil. Bu mövqelərdə özümü yad hiss etmirəm. Milli komandalarda dəfələrlə cinahlarda oynamışam, özümü pis də göstərməmişəm. Əsas yerim yarımmüdafiənin mərkəzidir. Baş məşqçi hansı mövqedə güvənsə, orada da çıxış edə bilərəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31