9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

“Qəbələ” - “Zirə”: 31-ci duel

Azərbaycan Premyer Liqasının XIII turunun ikinci oyun günündə “Qəbələ” öz meydanında “Zirə” ilə qarşılaşacaq.

Futbolxeber.az saytının əyalət təmsilçisinin saytına istinadən verdiyi məlumata görə, bu, iki rəqib arasında 31-ci duel olacaq.

İndiyədək komandalar 30 dəfə görüşüb. 11 qələbə qazanan “Qəbələ” 13 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 40 qol vuran “qırmızı-qaralar” 26 top buraxıb. “Qəbələ”nin bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır.

İndiyədək keçirilən 30 görüşdən 28-i çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 9 dəfə rəqibini üstələyən əyalət təmsilçisi 13 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 33 qol vuran “qırmızı-qaralar” 24 top buraxıb.

“Qəbələ” 15-ci dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 5 qələbəsi olan meydan sahibləri 8 sülhə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 19 qol vuran komanda 10 top buraxıb.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Zirə” matçı saat 15:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31