Ölkə futbolu
Qurban Qurbanov: “Üstünlük rəqibin tərəfindədir”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la sabah səfərdə keçirəcəkləri matçdan öncə mətbuat konfransı təşkil edib.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
“Bu matç həqiqətən də bizim üçün çox önəmlidir. Oyunun mahiyyətini başa düşürük. Qarşımızda çox istəkli bir komanda var. Rəqibin baş məşqçisinin və futbolçusunun bugünkü müsahibəsinə də qulaq asdım. Qalib gəlmək üçün çox istəklidirlər. Biz də buraya çox istəkli gəlmişik. Üstünlük rəqibin tərəfindədir. Çünki öz doğma meydanlarında, öz azarkeşlərinin önündə oynayırlar. Amma buna baxmayaraq, belə bir stadionda, şəhərdə, azarkeş qarşısında yaxşı oyun, mübarizə göstərməyi çox istəyirik. İnanıram ki, futbolçularım sabahkı oyunda özlərini ən yaxşı tərəfdən göstərəcəklər. Bu, mənim üçün, ümumiyyətlə, bütün komandamız üçün çox vacibdir. Futbolçular sabahkı oyuna tam hazırdırlar”.
- Şəxsi, ümumi komanda planında sizin üçün müdafiə olunan komandaya qarşı oynamaq çətindir, yoxsa hücumda oynamağı sevən komandaya qarşı çıxış etmək? Çünki rəqibin turnir cədvəlindəki durumunu nəzərə alsaq, onlar mütləq hücumda oynamağı seçəcəklər.
- Deməzdim ki, hansısa daha asan və ya hansısa daha çətin olur. Bu, rəqibin hücumu hansı keyfiyyətdə yerinə yetirəcəyinə və ya hansı keyfiyyətdə müdafiə olunacağından asılıdır. Hər sistemin öz çətinlikləri var. Lakin belə böyük oyunlarda düşünmürəm ki, rəqib hücumda oynasa daha asan olar, yoxsa müdafiədə. Çünki rəqibin həm futbolçuları, həm də oyun üslubu keyfiyyətlidir. Xüsusən də öz meydanlarında oynayırlar. Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəməyimiz bəzən yalnış fikirlər yaradır. Amma bizim Bakıda çox çətinliklərimiz olmuşdu. Bundan əlavə əlbəttə ki, düşüncəmiz özümüzün daha çox hücum etməyimizdir. Şərait yaransa, biz bundan maksimum istifadə edəcəyik. Rəqib böyük potensialla hücuma keçsə, basqı yaratsa, biz əlbəttə ki, ehtiyatlı olmalıyıq. Hücumda olanda müdafiəni, müdafiədə olanda da hücumu düşünməliyik. Amma hər bir halda bu rəqibə qarşı nə müdafiədə, nə də hücumda oynamaq asandır. Lakin inanıram ki, futbolçularım bunu bacaracaqlar.
- Siz deyirsiniz ki, "Nant" güclü komandadır. Amma Bakıdakı hesaba baxanda 3:0 rahat qələbə kimi görünür. Sizə görə, bu matçın favoriti "Qarabağ" deyilmi?
- Əlbəttə ki, favorit olduğumuzu fikirləşmirəm. Mən rəqibə hörmətlə yanaşıram və gücünə bələdəm. "Nant"ın əvvəlki oyunlarına da baxmışam. "Frayburq"la matçda böyük hesabla məğlub oldular. Amma hesab 0:0 olanda da qol epizodlarında üstünlük "Nant"ın tərəfində idi. Bəlkə də bəxtləri gətirmədi. "Nant"ın buraxdığı qollar da bir az kobud səhvlərdən oldu. Həm də rəqibin heyətində çox bacarıqlı futbolçular var. Həm sürətli, həm də texnikalıdırlar. Sadəcə bəzən görürsən ki, hansısa komandanın bir müddət uğursuz seriyası olur. Amma "Nant"ın son oyunlarında çox böyük irəliləyiş, dəyişiklik var. Ümumiyyətlə, Avropa Liqası oyularında favorit olmur. Bu məğlubiyyətlər bizi aldatmalı deyil. Biz belə şeylərə çox ciddi yanaşırıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- Bir fotonun qorxusu... - QEYD
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
-
15:21
Azərbaycanın üçqat dünya çempionu: "Bu nəticəni gözləyirdim"
-
15:00
Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
-
14:43
Həndbol millimiz Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb
-
13:52
Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
-
13:19
Lamiyə Vəliyeva dünya çempionu oldu
-
12:36
Premyer Liqamızda 35-ci turun əcnəbi VAR hakimləri açıqlandı
-
12:08
Şahruddinin komandası "Antalyaspor"a uduzdu VİDEO
-
11:45
Azərbaycan Premyer Liqasında medallar uğrunda 3 vacib oyun
-
11:27
Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
-
10:54
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
-
10:31
“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib
-
10:13
Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında
-
10:00
Leandro Andrade transfer məsələsində son nöqtəni qoydu: "Qarabağ"da qalmaq istəyirəm"
-
09:42
"Fiorentina" - "Napoli" oyununda 4 qollu heç-heçə VİDEO
-
23:34
Qurban Qurbanov: “Mənim "Qarabağ"la hələ 1 illik müqaviləm var"
-
23:22
Ayxan Abbasov: "Bizdə fitnes zalı kiçik olur, yeməkxana böyük"
-
23:00
"Qarabağ" - "Turan Tovuz" matçında 7 qol VİDEO
-
22:19
"Qarabağ" "Turan Tovuz" üzərində çətin qələbə qazandı
-
19:55
“Neftçi” “Səbail” önünə 4 itki ilə çıxacaq
-
19:26
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
18:03
Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
-
17:41
Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb
-
17:28
Azərbaycan Voleybol Federasiyası Gəncədə toplanış təşkil edib
-
17:19
I Liqada son turun oyunları eyni gündə, eyni saatda
-
16:57
Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi
-
16:14
"Üçüncü yer uğrunda ikinci matç daha çətin olacaq"
-
15:42
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək
-
15:35
AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb
-
14:26
I Liqada çempionun mükafatlandırma vaxtı müəyyənləşdi
-
13:58
PFL: Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək VİDEO
-
13:31
"İmişli"nin futbolçusu 5 oyunluq cəzalandırıldı
-
13:00
Həndbol millimiz Özbəkistanda növbəti qələbə
-
12:43
XXXV turun hakim təyinatları
-
12:29
Millimiz 3-cü səbətdə
-
12:15
Lunyov: "Qarabağ"la yeni müqaviləni müzakirə edirik"
-
11:57
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir
-
11:44
Azərbaycanın 7 boksçusu finalda
-
11:06
"İmişli"dən gözlənilməz məğlubiyyət VİDEO
-
10:52
Güləş millimiz Avropa çempionatının qalibi olub
-
10:38
Lopez "Barselona"ya qələbə qazandırdı VİDEO
-
10:23
Azərbaycanın iki boksçusu Macarıstandakı turnirdə finala yüksəlib
-
10:11
Musanın komandasından darmadağın VİDEO
-
09:59
Rövşən Nəcəf Aleksander Çeferinlə görüşdü
-
09:47
"Qaradağ-Lökbatan" - "Şamaxı" matçında 5 qol VİDEO
-
09:30
"Traktor" kubokla vidalaşdı
-
21:16
Vüsal İsgəndərlinin komandası Superliqaya yüksəlmək şansını itirdi
-
20:08
“Şamaxı”nın baş məşqçisi: “Tarixdə yaxşı və ya pis oyun yox, nəticə qalır”
-
18:59
“Şamaxı” zirvəyə yüksəldi
-
18:22
AFFA "Turan Tovuz"un şikayətini təmin etmədi
-
18:01
“Turan Tovuz” nümayəndələrinin Niderlanda səfəri başa çatıb FOTOLENT