9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

FİFA-dan Mahir Emreliyə şok cəza

Millimizin Zaqreb "Dinamo"sunda çıxış edən hücumçusu Mahir Emreli FİFA tərəfindən cəzalandırılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Emrelinin sabiq klubu "Legiya"nın hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski tviter səhifəsində paylaşım edib.

O bildirib ki, 25 yaşlı hücumçu Polşa klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməlidir. Qadağa Mahir borcunu ödəyənə qədər qüvvədə olacaq.

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında "Legiya"ya keçmişdi. Dekabrda isə "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücumu zamanı Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna çıxmayan hücumçu Polşa klubundan ayrılaraq "Dinamo"ya keçib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31