26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ” “5”ə çatdı: “Neftçi”ni keçdi

“Qarabağ” tarixində 5-ci dəfə mövsümə 4 qələbə ilə başlayıb.

Futbolxeber.az-ın PFL-in saytınaq istinadən verdiyi məlumata görə, bir matçı təxirə salınan Qurban Qurbanovun yetirmələri Azərbaycan Premyer Liqasının V turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Əvvəlki turlarda “Səbail”i 3:1, “Sumqayıt”ı 2:0, “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi startdakı qələbə seriyasını 4-ə çatdırıb. “Qarabağ” bunadək dörd dəfə belə uğurlu başlanğıca nail olub. 2003/04, 2013/14, 2017/18 və 2019/20 mövsümlərində də bölgə təmsilçisi ilk 4 qarşılaşmada 12 xal yığıb.

“5”ə çatan “Qarabağ” bununla da “Neftçi”ni arxada qoyub. Bakılılar dörd dəfə çempionata 4 qələbə ilə start verib. “Ağ-qaralar” 1992, 1994/95, 1996/97 və 2000/01 mövsümlərinə belə başlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30