26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Zubir: "Erkən qol komandaya yaxşı motivasiya verdi"

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Macarıstanın "Ferentsvaroş" klubuna qalib gələrək (3:1) pley-offa yüksələn "Qarabağ" Bakıya qayıdıb.

Futbolxeber.az saytının məlumatına görə, komandanın yarımmüdafiəçisi Abdullah Zubir Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verib.

Fransalı yarımmüdafiəçi əvvəlcə səfər qələbəsini şərh edib: "Bizim üçün vacib oyun idi. Birinci hissədə əlimizə düşən ilk fürsətdən yararlandıq. Erkən qol komandaya yaxşı motivasiya verdi. Bundan sonra da yaxşı fürsətlərimiz oldu. Rəqibin də qol vurmaq şansları var idi. İkinci yarıda isə açıq oyun getdi. Hesab bizim xeyrimizə olduğu üçün mübarizə aparmaq asan oldu". 

Zubir ÇL-in qrupunda oynamaq istədiyini bildirib: "Bu, bütün futbolçuların arzusudur. Bizim də məqsədimiz var. İnanıram ki, istəyimiz gerçəkləşəcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30