9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

Jezniçak: "Lex" "Qarabağ"dan qorxa bilməz"

"Qarabağ"ın polşalı sabiq futbolçusu Yakub Jezniak Ağdam təmsilçisinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah "Lex"lə (Poznan, Polşa) keçirəcəyi ilk matç barədə danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, hazırda "Visla"da (Plok, Polşa) çıxış edən 36 yaşlı müdafiəçi açıqlamasında "Qarabağ"ın çətin rəqib olduğunu deyib: 

"Düşünürəm ki, püşkatmada "Lex"ə potensial rəqiblərdən ən çətini düşdü. Fikirləşirəm ki, komandanın bəxti gətirməyib. Daha münasib rəqib düşə bilərdi. "Lex"i bu ilk turda çox çətin bir yol gözləyir. Amma "Lex" Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasının qrup mərhələsində oynamaq haqda düşünürsə, "Qarabağ" kimi komandadan qorxa bilməz".

Qeyd edək ki, sabah Polşadakı “Poznan” stadionunda keçiriləcək “Lex” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İyulun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da oynayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31