26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Lex" "Qarabağ"la oyuna 30 futbolçu ilə hazırlaşır

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" təlim-məşq toplanışının 2-ci mərhələsinə yeni baş məşqçisi Con van den Bromun rəhbərliyi altında bu gün başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, hazırlıq prosesində 30 futbolçu iştirak edir. İyunun 23-də isə milli komandaların düşərgələrindən qayıdacaq isveçli Jesper Karlström, slovakiyalı Lubomir Şatka və gürcüstanlı Nika Kvekveskiri kollektivə qoşulacaq.

Qapıçılar: Filip Bednarek, Kşiştof Bakovski, Karol Drajdzevski, Artur Rudko

Müdafiəçilər: Alan Çervinski, Barri Duqlas, İqor Kornobis, Antonio Miliç, Patrik Oleynik, Joel Pereyra, Maksimilian Pinyo, Pedro Reboko, Bartoş Salamon, Lubomir Şatka

Yarımmüdafiəçilər: Joao Amaral, Yakub Antjak, Adriel ba Lua, Maksim Çekalya, Patrik Qoqol, Yesper Karlström, Antoni Kozubal, Nika Kvekveskiri, Filip Marçvinski, Radoslav Muravski, Dani Ramires, Mixal Skoraş, Yan Şikora, Filip Volski, Kristoffer Velde

Hücumçular: Mikael İshak, Norbert Paçlavski, Artur Sobyeç, Filip Şimçak

Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə iyulun 12-də Bakıda keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30