26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Medina: "Özümü yeni mövsümə tam hazır hiss edirəm"

"Qarabağ"ın futbolçusu Kevin Medina klubun rəsmi saytına açıqlama verib. 

Futbolxeber.az saytının məlumatına görə, Ağdam təmsilçisinin hazırlığına qoşulan 29 yaşlı müdafiəçi tətili necə keçirməsindən də söz açıb:

"Tətil qısa olduğu üçün zaman çox tez keçdi və deyərdim ki, istirahət etməyə vaxt olmadı. Valideynlərim mövsümün ikinci yarısını mənimlə birgə Azərbaycanda keçirmişdilər. Buna görə də biz mövsüm bitən kimi Bakıdan birbaşa Portuqaliyaya yollandıq. Mənim qızım məhz bu ölkədədir. Valideynlərim ilk dəfə övladımı gördülər, yaxından tanış oldular. Daha sonra Kolumbiyaya yollandıq. Ölkəmdə istirahət günlərimi dostlarımla keçirdim və bəzən futbol da oynadıq. Çox istirahət etməyə vaxt olmadı. Bu gün isə yeni mövsümün hazırlığına qoşuldum. Özümü tam hazır hiss edirəm".

Qeyd edək ki, Medina mayın 12-də "Qarabağ"la 2025-ci ilin yayınadək yeni müqavilə imzalayıb. O, 2020-ci ildən bu komandada oynayır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30