26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi”nin Müşahidə Şurasının bugünkü iclasda qəbul etdiyi qərarlar

Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib. 

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, klub prezidenti Kamran Quliyev ümumi işlər, vitse-prezident Elnur Eyvazov infrastruktur baxımından görülən işlər, növbəti planlar, idman direktoru Zaur Əzizov isə A, B komandaları və Akademiya haqqında hesabat və planlar haqqında çıxış edib. Daha sonra bu məsələlərlə bağlı müzakirələr aparılaraq aşağıdakı qərarlar verilib:

Akademiya binası növbəti mövsümün sonuna qədər tam tikilib istifadəyə verilməsinə qərar verilib.

Samir Abasova xidmətlərinə görə təşəkkür edilib, onunla və məşqçi heyəti ilə yeni müqavilə imzalanmayıb.

Rəşad Abdullayev B komandaya baş məşqçi təyin edilib.

Akademiyaya bu ayın sonuna qədər təklif olunan namizədlər arasından bir nəfər əcnəbi mütəxəssisin texniki direktor təyin edilməsi qərara alınıb.

A komandaya təklif olunan baş məşqçi namizədlərindən biri ilə danışıqlar yekunlaşılmasına və 14 iyun tarixinə qədər keçirilməsi planlaşdırılan Müşahidə Şurasının iclasına çıxarılmasına qərar verilib.

Media və Marketinq Departamentinin hesabatı, büdcənin təsdiqi və digər məsələlərin müzakirəsi növbəti görüşün gündəliyinə salınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30