26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Serb futbolçu: "Sumqayıt"la cavab matçında soyuqqanlı olmalıyıq"

"Sumqayıt"la oyunda qol imkanlarını əldən verdiyimiz üçün təəssüflənirik. Hesab edirəm ki, qələbəyə layiq idik. Çünki oyuna biz nəzarət edirdik. Topun qapıdan keçmədiyi matçlardan biri oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Serbiya "Çukariçki"sinin futbolçusu Nikola Çoliç klubun evdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

19 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisindən daha yaxşı kollektiv olduqlarını bildirib: "Sadəcə, bunu meydanda sübut etmək lazımdır. Xeyli qol şansımız olsa da, soyuqqanlılıq çatmadı. Cavab matçında bunun öhdəsindən gələ və imkanlardan yararlana bilsək, problem olmayacaq".

Serbiyalı gənc oyunçu onları gözləyən çətinlikdən xəbərdar olduqlarını söyləyib: "Bizi nə gözlədiyini, uzaq məsafə qət edəcəyimizi və Azərbaycandakı hava şəraitinin necə olduğunu bilirik. Amma hər şeyə hazırıq. Sakitcə qarşıdakı oyuna köklənirik. İnanıram ki, bizi heç nə təəccübləndirə bilməz. Hazırda bütün diqqətimiz avrokuboklara yönəlib. İlk görüşdəki səhvlərimizi düzəltməliyik. Bizə daha çox konsentrasiya lazımdır. Yalnız bu oyundan sonra potensial rəqiblərimiz barədə düşünə bilərik".

Qeyd edək ki, iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30