9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

Keysuke Honda uşaq sığınacağının sakinlərini sevindirdi

"Bella Pizza” və “Neftçi” PFK-nın təşkilatçılığı ilə Binə qəsəbəsindəki “Ümid yeri” uşaq sığınacağının sakinləri ilə görüş keçirilib.

Futbolxeber.az saytının məumatına görə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bella Pizza” restoranında təşkil olunan görüşdə sığınacağa məskunlaşmış 20-yə yaxın uşaq iştirak edib.

Tədbirə qatılan “Neftçi”nin dünyaca məşhur futbolçusu Keysuke Honda uşaqlarla görüşüb. Uşaqların suallarını cavablandırıb, həyat təcrübəsini bölüşən yaponiyalı yarımmüdafiəçi onlarla şəkillər çəkdirib.

O, “Bella Pizza” tərəfindən hədiyyə olunan topları imzalayaraq uşaqlara təqdim edib. Bundan əlavə, futbolçu tərəfindən uşaqlara 10 ədəd masaüstü kompüter hədiyyə olunub. Onların sığınacaqda kompüterdən istifadə etmələri üçün 1 il müddətinə xüsusi müəllim ayrılıb ki, bununla bağlı bütün xərcləri də Honda qarşılayacaq. Futbolçu uşaqların qidalanması üçün ərzaq yardımı da göstərib. Sığınacaq tərəfindən isə uşaqların hazırladığı kiçik xalça yaponiyalı ulduza hədiyyə edilib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31