26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"O, razılıq verməsə, qalacağam"

"Bu oyuna görə çox şadam. Bütün komandanı və məşqçilər heyətini təbrik edirəm. Artıq qələbəni qeyd etməyin vaxtıdır".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında "Keşlə"nin futbolçusu Sezar Meza Kolli "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.
 
Paraqvaylı yarımmüdafiəçi paytaxt təmsilçisindəki taleyi və "Neftçi"yə mümkün keçidi haqqında hələ heç nə deyə bilməyəcəyini söyləyib: "Sabah axşam klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşəcəyəm. Axundov razılıq verməsə, klubda qalacağam".
 
Təcrübəli oyunçu "Neftçi"də oynamaq istəyirsinizmi" sualına "baxarıq" deyə cavab verib: "Neftçi"nin baş məşqçisi Samir Abasovun mənim haqqımda dediklərinə görə şadam. O, Azərbaycanın ən yaxşı baş məşqçilərindən biridir".
 
Meza Kolli "Keşlə"nin Konfrans Liqasındakı şansları barədə isə bunları deyib: "Sabah nə olacağını bilmirəm. Bu barədə növbəti gün danışa bilərəm". (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30