26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi” 3 futbolçusuyla vidalaşdı

“Neftçi" 3 futbolçu ilə yollarını ayırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Bakı klubu Keysuke Honda, Ahmed Ahmedov və Rener Alveşlə vidalaşıb.
 
Bu barədə komandanın baş məşqçisi Samir Abasov “Neftçi TV”yə açıqlamasında bildirib.
 
Abasovun sözlərinə görə, Hondanın müqavilə müddəti başa çatıb və o, davam etmək istəməyib. Çempionluq qolunu vuran Ahmed Ahmedov isə müqavilə ilə məxsus olduğu Sofiya ÇSKA-sına qayıdacaq. Heyətə düşməyən Rener Alveşin gedişi bir müddət əvvəldən dəqiqləşmişdi.
 
Baş məşqçi legioner hücumçu transfer edəcəklərini əlavə edib. O həmçinin digər mövqelərə də yerli və əcnəbi futbolçular axtardıqlarını söyləyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30