26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Derbilərdə görünməmiş hadisə: 4 qırmızı vərəqə

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” - “Neftçi” oyununda (1:2) 4 qırmızı vərəqə göstərilib. Meydan sahiblərindən Kevin Medina, qonaqlardan Ömər Buludov, Mamadu Kane və Voislav Stankoviç meydanı vaxtından əvvəl tərk edib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, “Qarabağ”la “Neftçi” arasında Azərbaycan derbilərində ən çox qırmızı vərəqənin göstərildiyi oyundur. 82-ci dəfə ölkə çempionatında üz-üzə gələn komandaların duellərində heç vaxt bu qədər oyunçu meydançadan kənarlaşdırılmayıb.

Ümumiyyətlə, ölkə çempionatları tarixində bir matçda 4 qırmızı vərəqəyə sonuncu dəfə 2014/15 mövsümündə təsadüf olunub. 2014-cü il noyabrın 24-də keçirilən “Neftçi” - “Xəzər Lənkəran” (2:2) matçında komandaların hərəsinin iki futbolçusu qırmızı vərəqə alıb.

Bir komandanın eyni oyunda üç qırmızı vərəqə ilə cəzalanması isə sonuncu dəfə 2015/16 mövsümündə qeydə alınıb. 2015-ci il oktyabrın 18-də “Rəvan” “Kəpəz”lə ev oyununu (0:2) 8 futbolçu ilə başa vurub.

“Neftçi” isə Azərbaycan çempionatları tarixində ikinci dəfə bir qarşılaşmada üç qırmızı vərəqə ilə cəzalanıb. İlk belə hadisə 2013/14 mövsümündə yaşanıb. 2014-cü il fevralın 9-da keçirilən “Xəzər Lənkəran” - “Neftçi” matçının (2:2) sonlarında meydan sahibləri bir, qonaqlar üç oyunçusunu itirib. çlQalmaqallı görüşdə Tərlan Quliyev 89-cu, Karlos Kardoso və Bruno Bertuççi, həmçinin meydan sahiblərindən Ağabala Ramazanov 90+4-cü dəqiqədə cəzalanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30