9 May 2024, Cümə axşamı
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza

Ölkə futbolu

AFFA Gəncədə Futbol Akademiyası açacaq

"O vaxt iş adamlarının maliyyə imkanları var idi, futbola pul buraxırdılar. Sonra problemlər oldu, əllərini çəkdilər".

Futbolxeber.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, futbolda məcburi heç nə olmur: "Şərqi Avropa ölkələrində futbol sosial layihədir. Çox az klub mənfəət əldə edir. Ümidlə yaşayırlar ki, nə vaxtsa futbolçu yetişdirib satacaqlar. Onlar əsasən bu işlə məşğul olurlar. Bu ölkələrdə teleyayım və reklam gəlirləri də böyük deyil".

E.Məmmədov Tovuzda olduğu kimi, Gəncədə də Futbol Akademiyası açmaq istədiklərini bildirib: "İki həftə öncə Tovuzda futbol akademiyası və bazanı tam bərpa etdik. Bu, UEFA, FIFA və AFFA-nın dəstəyi ilə oldu. Bu cür bazanı Gəncədə də açmaq istəyirik. Sabah hansısa sponsor gələndə ona yeni baza tikmək lazım olmayacaq. "Kəpəz"ə sponsor cəlb etmişdik, stadionu görəndən sonra fikrini dəyişdi".

İcraçı vitse-prezident bölgə klublarının Premyer Liqada iştirak etmələrini çox istədiklərini diqqətə çatdırıb: "İnanıram ki, bu halda çempionatımızda rəqabət və rəngarənglik artacaq. Kubok matçlarında da gördük ki, maraqlı mübarizə ola bilər" ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31