19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Qəbələ" və "Zirə" 1/4 finalda, "Kəpəz" "Sabah"ı diz çökdürdü

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, keçiriləcək 3 qarşılaşmadan sonra 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.

“Qəbələ" səfərdə 1-ci divizion təmsilçisi “Turan Tovuz”un qonağı olub. İlk hissədə 2 dəfə rəqib qapısına yol tapan Elmar Baxşıyevin komandası 1/4 finala adlyıb. "Qəbələ" növbəti mərhələdə “Qarabağ”la qarşılaşacaq.

“Qaradağ Lökbatan” “Zirə”ni qəbul edib. Böyühesablı qələbə qazanan Rəşad Sadıqovun komandası 1/4 finalda "Neftçi”yə rəqib olub. 

“Sabah” isə “Kəpəz”i sınağa çəkib. İlk yarının sonunda qapısında qol görməsinə baxmayaraq, Yaşar Vahabzadənin komandası fasilədən sonra əzmkarlıq nümayiş etdirərək paytaxt təmsilçisini mübarizədən kənarlaşdırıb. "Kəpəz" yarımfinala gedən yolda “Keşlə”yə rəqib olacaq.

Xatırladaq ki, artıq 1/4 finalın ilk cütlüyünü ötən gün “Zaqatala”nı 3:2 hesabı ilə məğlub edən "Səbail" və yarışa növbəti mərhələdən qoşulacaq "Sumqayıt" təşkil edəcək.

Azərbaycan kuboku

1/8 final

25 yanvar

“Sabah” - “Kəpəz” 1:2

Qollar: Filip İvanoviç, 45+1 (1:0), Samir Qurbanov, 68 (1:1), Əli Səmədov, 84 (1:2)

Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov

“Bank Respublika Arena”

“Turan Tovuz” - “Qəbələ” 0:2

Qollar: Stefan Vukçeviç, 32, Ceyms Adeniyi, 45+2

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov

Tovuz şəhər stadionu

“Qaradağ Lökbatan” - “Zirə” 0:4

Qollar: Nemanya Andelkoviç, 12 (0:1), Davit Volkov, 27 (0:2), Musa Qurbanlı, 30 (0:3), Davit Volkov, 45+1 (0:4)

Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu

“Dalğa Arena”

24 yanvar

"Səbail" - "Zaqatala" 3:2

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31