26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

De Byazi: “Güclü hücumçularımız yoxdur”

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İrlandiyanın “İndependent” nəşrinə müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, 64 yaşlı mütəxəssis yığmamızın hazırkı durumundan danışıb və DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib:

“Mənə görə Azərbaycan millisində irəliləməyin ən yaxşı yolu qarşımıza qoyduğumuz hədəflərdir. Bu, çox vacibdir. İndi komadamızda bir qədər stabillik var. Güclü hücumçularımız yoxdur. Bu, ciddi problemdir. Amma heyətimiz yaxşıdır. Qrupda Portuqaliya, Serbiya və İrlandiya bizim üçün çox güclü üç komandadır. Seçmə mərhələ bizim üçün çox çətin olacaq. Biz beşinci səbətdən gəlmişik.

Portuqaliya digərlərindən fərqli bir keyfiyyətdədir. Onların yalnız Kriştiano Ronaldo kimi oyunçusu deyil, Avropanın böyük liqalarında çıxış edən digər futbolçuları da var. Buna görə İrlandiya üçün mübarizə ikinci yer uğrunda Serbiyanı məğlub etmək olacaq”.

Ölkəmizdəki həyat tərzi haqda da danışan italiyalı mütəxəssis Azərbaycanda insanların mehriban olduğunu vurğulayıb: “Mən burada yaşayıram, buraya gəlmək və burada yaşamaq mənim üçün vacib idi. Azərbaycanlılar yaxşı insanlardırlar və xaricilərə qarşı çox mehribandırlar. Şəhər Xəzər dənizinin yanındadır. Yaşamaq üçün çox yaxşı bir yerdir. Gözəl stadionumuz var”.

De Byazi millimizdə olan əsas problemi yerli oyunçuların legioner həyatı yaşamamasında görür: "İrlandiyalı oyunçuların hamısı İngiltərədə, güclü liqalarda və çempionatlarda çıxış edir. Azərbaycanda isə futbolçuların hamısı ölkəsində oynayır. Azərbaycan Premyer Liqası İngiltərədəki böyük liqalarla müqayisədə daha aşağı səviyyədədir. Texniki səviyyəsi yaxşıdır, amma sizin rəqabət səviyyəsində deyil. Bu, ölkə xaricində oynamaq üçün böyük bir problem yaradır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30