26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Əmir Ağayev millinin toplanışında iştirak etməyəcək

AFFA hazırda Yunanıstanın "Atromitos" klubunda çıxış edən futbolçu Əmir Ağayevin Azərbaycan milli komandasında çıxış edə bilməsi üçün müvafiq qaydada FIFA-ya müraciət ünvanlayıb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda məsələyə FIFA-nın müvafiq komissiyasında baxılır və AFFA ilə FIFA arasında zəruri sənədlərin dövriyyəsi davam edir. Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də və 8-də keçirəcəyi oyunlara hazırlıq məqsədilə təlim-məşq toplanışına artıq avqustun 27-dən etibarən start verilməsi və yuxarıda qeyd olunan məsələ ilə bağlı FIFA tərəfindən hələ ki yekun qərarın qəbul olunmaması nəzərə alınaraq, Əmir Ağayev millimizin hazırda davam edən təlim-məşq toplanışında iştirak etməyəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30